KLAN MÜHARİBƏSİ - “Prezidentin qızlarını soyunduracağam”

  • 10 sen 2016, 15:11

Özbəkistan prezidenti İslam Kərimov öləndən sonra onun ailəsinin biznesi təhdid altına düşüb.


Kərimovun həyat yoldaşı Tatyana Kərimova dünənə qədər ölkənin ən nüfuzlu şəxsi idi. Prezidentin xanımı bütün kadr təyinatlarına şəxsən nəzarət edirdi. O, bütün fəaliyyətini biznesmen Səlim Abduvaliev vasitəsilə qururdu.

Təsdiq olunmamış məlumatlara görə, Tatyana Kərimova gömrük orqanlarına və ölkəyə idxal olunan mallara nəzarət edib. Onun qızı Lola və qızının əri Timur Tillyayev də bu işdə ortaq olub. Çoxmilyardlı "Abu-Saxiy” şirkəti də Kərimovun kürəkəni Timurundur.

"Uzmetronom” saytında bu gün yayımlanan məlumata görə, "Abu-Saxiy” şirkətinin idxal olunan mallarının topdansatış bazarında maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması başlanıb. Yoxlama əhalinin şikayətləri əsasında aparılır.

"Fərqanə”yə danışan mənbələr təsdiq ediblər ki, bu yoxlamalar "Abu-Saxiy” şirkətini müvəqqəti olaraq prezidentin səlahiyyətlərinin icrasına başlayan Şövkət Mirziyoyevin qohumlarına verilməsi məqsədinə xidmət edir.

"Timurun bütün biznesi Şövkət Mirziyoyevin kürəkənlərinə - Oybeku və Otabekuya veriləcək”, - deyə mənbə bildirib.

Timur hazırda övladı ilə birlikdə xaricədir. Hətta İslam Kərimovun dəfninə belə gəlməyib. Onun bundan sonra Özbəkistana qayıdacağı da sual altındadır.

Məlumata görə, biznesmen Səlim Abduvalievin də fəaliyyəti məhdudlaşdırılır. Onun nəzarətindəki biznes sahələrinin digər biznesmen Qafur Rəhimovun nüfuzu altına keçəcəyi gözlənilir. Vaxtilə Gülnarə Kərimovaya görə onun biznesi böyük zərər çəkib. Q. Rəhimov ölkəni tərk etmək məcburiyyətində qalıb. 

Biznesmen dəfələrlə bildirib ki, o qisasını alacaq.

"Kərimovun qızlarını Daşkəndin küçələrində çılpaq gəzməyə məcbur edəcəm”, - deyə Rəhimov açıq şəkildə bəyan edib.

Hazırda Özbəkistanda ciddi qorxu mühitinin yarandığı, biznesmenlər və məmurlarının gələcəklərinə görə təşviş keçirdiyi deyilir.

Oxşar xəbərlər