Ərdoğan Merkellə də görüşüb

  • 04 sen 2016, 11:51
Çinin Xançjou şəhərində "Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya baş naziri Angela Merkellə görüşüb.
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, görüş 45 dəqiqə davam edib.
 
Görüşdən sonra mətbuat üçün açıqlama verilməyib. Daha sonra R.T. Ərdoğan və ABŞ prezident Barak Obama arasında geniştərkibli görüş başlayıb.   
 
Demokratik.Az
Oxşar xəbərlər