Canıyevi kim öldürdü və nə dəyişəcək? - Qətlin izi ilə...

  • 19 avq 2016, 23:28

Azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevə (Lənkəranski) qarşı gerçəkləşdirilmiş sui-qəsdin təfərrüatları məlum olub. 


Rusiya mətbuatı xəbər verib ki, Rövşən hadisədən öncə İstanbulda yerləşən restoranların birində öz yaxınları ilə görüşüb. Onlar arasında Temur Nemsiçveridze (Çripa), Roinom Uqlava (Mateviç), Data Çuradze olub. Tərəflər arasında görüş gecə saatlarına qədər davam edib. Bundan sonra Rövşən avtomobilinə minərək oteldən çıxan zaman atəşə tutulub. Bundan sonrakı hadisələr artıq məlumdur. 

"Qeyd etmək lazımdır ki, Rövşən Lənkəranski xeyli müddətdir ki, öz briqadası ilə İstanbula yerləşmişdi. Dostlarını Türkiyədə böyük təmtəraqla qarşılayırdı. Lakin Lənkəranski orada yaşayan və hərbi qabiliyyətə malik olan kürd cəmiyyətini unutmuşdu.

Ehtimal ki, məhz Rövşəni qətlə yetirənlər kürdlər olub. Çünki, "Ded Xasan”ın qisasını almaq onların üzərinə vəzifə qoyulmuşdu”,- deyə məlumatda qeyd edilib.

Bildirilib ki, qətlin sifarişini yetirmək üçün də onlara Rövşənin düşmənləri külli miqdarda pul verib. Burada ilk növbədə söhbət Lişa Şuşanaşvili (Laşa Rustavskiy), Yuriy Piçuqina (Piçuqa), Vasiliy Xristoforov ( Vasya Voskres) və Nadir Səlifovdan (Lotu Quli) gedir. 

Belə ki, 2013-cü ildə Aslan Usoyan (Ded Xasan) qətlə yetirildikdən sonra onun davamçıları dərhal öz istinataqlarını apardılar. Məlum oldu ki, qətlə "dabro” verənlər "qanuni oğru”lar Tariel Oniani (Taro) və Merab Canqveladze olub. Əməliyyatı həyata keçirmək isə Cemal Mikeladze (Cemo) və Rövşən Canıyeva tapşırılıb. Məlumdur ki, sonuncular "Ded Xasan”ın ölümü zamanı baş verən ərazidə olublar.

Məhz bundan sonra Usoyanın tərəfdarları "sxodka” edərək "dördlük” barədə ölüm hökmü çıxarıblar. Lakin sonradan "bossların bossu” vəzifəsinə Zaxariy Kalaşov (Şakro Molodoy) gəlib. O, ilk növbədə klanlar arasında baş verən müharibələrin sülhlə bitməsinə çalışıb. Hətta bunun üçün İrəvanda birgə "sxodka” keçirməyi təklif etmişdi. Lakin "Ded Xasan”ın öldürülməsi məsələsi açıq olaraq qalırdı. "Qanuni oğrular” qərara aldılar ki, yekun qərar "dördlüy”ün cavabından sonra qəbul edilsin. Oniani, Canqveladze və Mikeladze həmin zaman həbsxanada idilər. Canıyev isə İstanbulda yaşadığı üçün "qanuni oğru”ların görüşünə tələsmirdi.

Lakin "Sxodka”da Oniani və Canqveladzenin titulu saxlanılsa da Cemo ilə Rövşənin titulunun əlindən alınmasına qərar verilib.

Canıyev və Cemo "sxodka” nın qəbul etdiyi qərarı tanımayıb. Əvəzində isə öz əhatə dairəsini genişləndirməyə başlayıb. Belə ki, 2016-cı ilin yazında türmədən azad olunan Merab Canqveladze Rövşənin yanına getdi. Bundan sonra Rövşən onun yerinə qərar qəbul edən şəxsləri "aradan götürmə” yi qərar verib. 2016-ci ilin avqust ayında Zaxariy Kalaşov həbs olunduqdan sonra Merabla Rövşən daha çox "ərazi”lərə nüfuz edirdilər.

Canıyev "sxodka” lar keçirməklə İrəvanda qəbul edilən qərarı ləğv edib və 2016-cı ilin iyulunda Qerqiy Sorokini tutaraq "sındırıb”. Hətta Rövşən Joradan Piçuqaya "salam” göndərərk "növbəti sənsən” mesajını ona göndərmişdi. 

Antalyada baş verən insidentdən sonra Piçuqa ilə "qanuni oğru” Laşa Şuşanaşvili arasında danışıq olub. Qeyd edək ki, Şuşanaşvili azadlıqda olan ən "böyük kalibrli” qanqster hesab olunur. Danışıqda əldə olunan razılşamaya əsasən əgər Şakro azadlığa çıxmasa, onun yerinə Şuşanaşvili keçəcək.

Məlumdur ki, Piçuqa və Voskres Laşanın üzərində dayanıblar. Bundan əlavə Oniani, Merab və Rövşən Laşanın qatı düşməninə çevrilib. Eyni zamanda məlumdur ki, müzakirələrdə Rövşənin 1 nömrəli düşməni, hazırda Azərbaycanda məhkum edilən Lotu Quli də iştirak edib. Məhz bu müzakirələrdən sonra Rövşəni "aradan götürmək” üçün tərəflər axtarıldı və kürdlər bunun üçün tam yararlı hesab edilib. Və əldə olunan razılaşma yerinə yetirilib. Nəticədə Lənkəranski restorandan çıxan zaman güllələnib.

Müharibə bununla bitməyib. Növbəti hədəf ehtimal ki, Merab olacaq. Çünki, hazırda killerlərin onun izinə düşdüyü deyilir. Eyni zamanda Cemo da yaddan çıxmayıb. Onun İtaliyadan ekstradisiyası gözlənilir. 

Ehtimal ki, Taronu da eyni aqibət gözləyir. Lakin hər şey tərsinə dönə bilər.


İlkin Nəcəfzadə

 

Oxşar xəbərlər