Xəbər lenti
Bütün xəbərlər

FETÖ əməliyyatında tutulanların sayı 18 mini keçdi

  • 29 iyul 2016, 21:16
Türkiyənin daxili işlər naziri Əfqan Ala ölkədə baş verən son hadisələrlə bağlı həbs edilənlərin sayını açıqlayıb.

 

İyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi və FETÖ təşkilatının fəaliyyəti ilə bağlı bu günədək 18 min 44 nəfər saxlanılıb. Məhkəmələr həmin şəxslərdən 9 min 677-nin həbs edilməsinə qərar verib. Bundan başqa ümumilikdə 49 kin 211 nəfərin pasportunun etibarlılığına xitam verilib.

virtualaz.org 
Oxşar xəbərlər