Fətullah Güləni yerdə "sürüdülər"

  • 18 iyul 2016, 13:03
Türkiyədə Atatürk hava limanına toplaşan bir qrup insanhərbi çevrilişə cəhdi təşkil etməkdə əsas şübhəli kimi adı hallandırılan Fətullah Gülənin maketini asıblar.

 

Türkiyədə Ərdoğanın İstanbula gələ biləcəyini öyrənən yüzlərlə insan Atatürk hava limanına axışıb. Əllərində Ərdoğanın şəkilləri, türk bayraqları və şüarlar yazılan plakatlar olan insanlarFətullah Gülənin maketini də özləri ilə gətiriblər.

"İhlas" xəbər agentliyinin yaydığı məlumata görə, Güləni "asan" vətəndaşlardaha sonra onu yerdə sürüyüblər.

Şəxsi maşınları olanlar isə bayraq dalğalandıraraq və avtomobillərindən siqnal verərək bu aksiyaya dəstək veriblər.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

 

Demokratik.Az

Oxşar xəbərlər