Ruslar yenidən Türkiyəyə axışır

  • 04 iyul 2016, 10:55

Qardaş ölkəyə axışan turistlərin sayı 10 dəfə artıb, Azərbaycan isə gözdən düşüb 

Rusiyanın Türkiyə ilə bağlı turizm qadağasına son verməsindən sonra maraqlı yeniliklər baş verir. Gununsesi.info Musavat.coma istinadən bildirir ki, bəzi şirkətlər bazar ertəsi günü çarter reyslər üçün gözləmə mövqeyindədir. Xüsusən iyul ayında Türkiyəyə çoxlu sayda rus turistin axın etməsi gözlənilir. Rusiya mətbuatında yer alan xəbərlərdə isə qeyd olunur ki, ölkədə tam bir "Türkiyə coşqusu” yaşanır. "Moskovski komsomiolets” qəzetinin yazdığına görə, Türkiyəyə turların gələn həftədən etibarən başlayacağı ilə bağlı xəbərlər dezinformasiyadır. Çünki Putinin  "Qadağa ortadan götürüldü” açıqlamasını verdiyi günün səhəri ilk qruplar Antalyaya uçublar.

tur2

Rusların tur paketlərini araşdırdıqları önəmli qaynaq olan "Yandex.travel” saytında isə qadağa ucbatından bir neçə gün öncəyədək statistikası görünməyən Türkiyənin son 24 saatda rus turistlərin üstün tutduğu ölkələr sırasında birinci olduğu qeyd olunub. Turizm firmalarının Türkiyə turpaketi təklifləri son üç gün içində dörd dəfə artıb.

Rusiyadan Türkiyəyə çarter aviareyslərin iyulun 7-də bərpa olunacağını isə Türkiyə Mülki Aviasiyasının Baş Direktoratlığına istinadən yayıblar. İlkin məlumatda qeyd olunmuşdu ki, çarter reysləri iyulun 7-də bərpa olacaq, 17 reys həyata keçiriləcək.

Rusiya Turoperatorları Assosiasiyasının direktoru Maya Lomidze bildirib ki, bu qərardan sonra Türkiyəyə getmək istəyən turistlərin müraciətləri 10 dəfədən çox artıb.

Qiymətlərə gəlincə, Rusiyadan Antaliyaya 7 gecə8 gün, bilet ve otel daxil, turpaketin qiyməti orta hesabla 40 min rubldur (600-650 dollar). Xatirladaq ki, Rusiyadan Türkiyəyə gələn turist sayı 2016-cı ilin ilk 6 ayında 83 faiz azalıb.

Rusiya mətbuatında yer alan təhlillərdə isə qeyd olunub ki, yay fəsli girəndən bəri ölkə vətəndaşlarının istirahət və gəzinti üçün Cənubi Qafqaz ölkələrini tərcih etdiyi statistikada yer alıb. Amma ilk bir ay bu seçimin heç də doğru olmadığı özünü göstərib. Çünki Azərbaycan, Ermənistan və Gürcüstanda turizm Türkiyədəki səviyyədə olmadığı üçün bu, rus turistlərin gözləntilərini doğrultmayıb. Ucuz qiymət və yüksək servis bu ölkələrdən heç birində olmayıb. Son nəticədə isə Türkiyəyə qapıların açılması rus turistləri də çarəsiz seçimlərdən qurtarıb.

tur1

Son 6 ayda Rusiyadan Gürcüstana gələn turistlərin sayı keçən ilə nisbətən 3-4 dəfə artmışdı. Məlum yasağın aradan götürülməsi Gürcüstan turizminə də mənfi təsir edəcək.

Azərbaycan isə həm kənd təsərrüfatı bazarında, həm də turizm sektorunda ciddi itkilər verəcək. Belə ki, bu günə qədər Azərbaycan kənd təsərrüfatı mallarının Rusiya bazarına girişi asanlaşdığından bəzi iş adamları da Türkiyə istehsalı malları, əsasən də pomidoru bizim yerli istehsal kimi Rusiya bazarına çaxardırdılar. İndiki halda isə Türkiyə mallarını Azərbaycan vasitəsilə Rusiya bazarına çıxaran iş adamları ziyana düşəcək. Bundan başqa, yerli meyvə-tərəvəz istehsalçılarının Rusiya bazarında rəqabətliliyi azalacaq, çünki qiymətdə Türkiyə malları daha ucuz və görüntü olaraq cəlbedicidirlər.

 

Demokratik.Az

Oxşar xəbərlər