ABŞ-da 100 ev külə döndü-yanğın

  • 25 iyun 2016, 11:35

Amerikanın Kaliforniya Ştatının Bakersfild şəhərində yanğın baş verib.

 Yanğın nəticəsində 80 mənzil olmaqla ümumilikdə 100 bina yanaraq yararsız vəziyyətə düşüb, daha 1500 evin təhlükədə olduğu bildirilib.

 Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ən böyük yanğını olduğu bildirilən yanğının quraqlıq, isti hava və küləyin təsiri ilə daha da sürətlə yayıldığı bildirilib.

 Bölgədə baş verən yanğının 8 min hektar ərazini əhatə etdiyi bildirilib.

 Yanğının çıxma səbəbləri ilə bağlı araşdırma başlanıb.

 Yanğını söndürmək üçün bölgəyə 600 yanğınsöndürən dəstə göndərilib.

 

Demokratik.Az

Oxşar xəbərlər