Buraxılış imtahanının nəticələri açıqlandı

  • 23 iyun 2016, 19:18
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin məzunları üçün iyunun 21-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
 
Demokratik.Az
Oxşar xəbərlər