Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Ölkədə dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir
Ölkədə dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir
- 21 iyun 2016, 15:18
Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Qubanın dağlıq Buduq kəndində iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yaylması və heyvanlar arasında tələfatın olması barədə məlumat verilmişdir. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmış və hal-hazırda epizootik vəziyyət sabitdir.

Kənddə xəstəliyə şübhəli olan həmin 3 baş iribuynuzlu heyvan dərhal müalicəyə cəlb edilmiş və digər heyvanlar arasında müvafiq müalicə-profilaktika işləri həyata keçirilmişdir. Hal-hazırda heyvanlar arasında heç bir ölüm halı yoxdur. Xatırladırıq ki, respublikada olduğu kimi, Quba rayonunu Buduq kəndində də heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır.
Aparılan tədbirlər çərçivəsində kənd sakinləri ilə baytarlıq mütəxəssislərinin görüşləri də keçirilmiş və əhali arasında maarifləndirmə işi aparılmışdır.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə, eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin "qaynar xətt”inə (tel: 012-562-76-13) müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkimlərinin iştirakı və nəzarəti altında aparılsın.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada heyvanlar arasında dabaq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyə nəzarət olunur.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti