Bakı məktəblərində "növbə"oyunu

  • 03 iyun 2016, 12:26
Artıq bir neçə gündür ki,Demokratik.Az-a Paytaxt Bakıda və Abşeron rayonunda fəaliyyət göstərən orta təhsil müəssisələrində yeni rüşvət mexanizminin hərəkətə gəldiyi barədə məlumatlar daxil olur.Mənbələrin məlumatına əsasən orta məktəblərin bir çoxunda valideynlərdən 10 manatdan 25 manatadək pultoplama kampaniyası aparılır.Bəhanəyə gəldikdə isə,mənbə bildirir ki,qarşıdan gələn dərs ilində uşaqlarının məktəblərə səhər gəlmələrini təmin etmək məqsədilə məktəb rəhbərliyi valideynlərdən pul tələb edir.Yəni anoloji qeyri-qanuni proses birinci növbə və ikinci növbə dərsə gəlmək istəyən şagirdlərin güya istəyinə hesablanıb . 

  Valideynlərin deyilənlərlə razılaşdıqları da bildirilir.. Mənbə bildirir ki,.şagirdlər belədə məktəbdən sonra hazırlığa getmək üçün xeyli vaxt qazanırlar. Bundan başqa, qış mövsümündə ikinci növbə dərsə gedən uşaqlar evə gec gəlməmək üçün birinci növbə məktəbə getməyi daha üstün tuturlar.. 

İşləyən valideynlər üçün də uşaqlarını səhər məktəbə yola salmaq daha məqsədəuyğundur. Bu isə məktəb rəhbərləri üçün fürsətə çevrilib və onlar "növbəpulu” kimi yeni, əndrabadi qazanc mənbəyi yaradıblar.

  Demokratik.Az-ın məlumatəna görə,"növbəpulu” məsələsi yeni məsələ deyil.Lakin son illərdə bu adda pul yığılması xeyli aktivləşib. Problemlə əlaqədar Təhsil Nazirliyindən məsələyə münasibət bilməyə çalışdıqsa dacəhdlərimiz uğursuz alındı. Hər halda ortada neqativ hal mövcuddur,inanırıq ki,nazir Mikayıl Cabbarov  yeni pulyığımının geniş vüsət alacağına imkan verməyəcək...

 

Demokratik.Az