AQRAR UNİVERSİTETDƏ RESPUBLİKA GÜNÜ QEYD EDİLiB

  • 27 may 2016, 20:41

Azərbaycan Dövlət Aqrar Universitetində 28 may "Respublika günü”nə  həsr olunan "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” adlı  tədbir keçirilib.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözü ilə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Deyib ki, Şərqdə ilk dəfə  demokratik  dövlət quruluşunu  yaradan  AXC İstiqlaliyyətimizi elan edib və xalqımızın müstəqillik əzmini bütün dünyaya çatdırıb.  Lakin buna baxmayaraq bu müstəqillik cəmi 23 ay davam edib. XX əsrin sonunda  Azərbaycan xalqının yenidən müstəqillik əldə etməsi xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra reallığa çevrildi. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını  layiqincə  davam etdirən ölkə prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin  nəticəsində Azərbaycan dövləti dünyanın lider dövlətləri  cərgəsinə qoşulub, ölkəmiz sabitlik və inkişaf edən ölkəyə çevrilib.

         Universitetin prorektoru A. Qasımova , "İctimai elmlər və Multikulturalizm ”  kafedrasının müdiri, dosent A. Bayramov,  həmin kafedranın müəllimləri-dosent N.Əlizadə, baş müəllim  S.Qasımova, müəllim.  S.Abdullayeva, Aqrobiznes və idarəetmə fakültəsinin  III kurs tələbəsi   G. İbrahimova 1918- 1920- ci illər AXC- nin dövründə  iqtisadi , siyasi və mədəni sahədə qəbul edilən qanunlar haqqında  məruzə ilə çıxış ediblər və  AXC- nin qurucuları Fətəli xan Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli, H.Ağayevin əvəzsiz tarixi xidmətlərini, qədim və zəngin, keçməkeşli tariximizdə 28 may  Respublika gününün özünəməxsus  yerinin olmasını xüsusilə qeyd ediblər. 1918- ci il mayın 28- də iclasa rəhbərlik edən mütəfəkkir   Həsən bəy Ağayevin gəncəli olmas, 1918-ci ilin sentyabr ayının ortalarınadək  Gəncənin AXC-nin paytaxtı olması  və Azərbaycan xalqının qəhrəmanlıq tarixində gəncəlilərin böyük rolu xüsusilə  vurğulandı.

 

Demokratik.Az

Oxşar xəbərlər