Səlim Müslümov Göyçaydakı kadrını cəzalandıracaqmı?

  • 23 may 2016, 09:46

Artıq bir aydan çoxdur ki,ölkə mətbuatıGöyçay Əhalinin Sosial Müdafisi Mərkəzində vətəndaşdan rüşvət istənilməsi, müdir Aqşin Qafurovun qanunsuz əməllər və digər korrupsiya cinayətləri əks etdirən görüntüləri nümayiş etdirir. Ancaq buna baxmayaraq başda Aqşin Qafurov olmaqla oranın əməkdaşları Fuad Seyidovun, Esmira adlı inispektorun barəsində heç bir tədbir görülmür.

Göyçay rayonundan etibarlı mənbələrdən aldığımız məlumata görə buna səbəb Aqşin Qafurovun nazirlə dil tapa bilməsi olub.Aqşin Qafurov özü məclislərin birində etiraf edib ki,”Nazir Səlim Müslümovla danışılıb razılıq əldə edilib. Bundan sonra nə istəyirlər yazsınlar, çəksinlər, bura Azərbaycandı, pulunu ver işini  gör”.

 

Biz mətbuat olaraq öz səlahiyyətlərimizdən qanunda nəzərdə tutulmuş qaydada istifadə edib həmin video görüntüləri Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə ərizə ilə birlikdə poçt vasitəsi ilə göndərəcəyik. İcra edilib qanunu tədbir görülməsinə nail olacayıq. Aqşin Qafurovun müdir olduğu idarədə rüşvətin məhz onun göstərişi ilə istənilməsi, bankomatların birindən ünvanlı yardım üçün ayrılmış kartlar vasitəsilə bir şəxsin küllü miqdarda pul çıxartması, ona məxsus olan qoyun sürüsünü otaran azyaşlı çobanın açıq etirafları, milyon manatdan çox qiyməti olan villası həmin videolarda öz əksini tapırdı. Amma bu günə qədər biabırçılığı, həm də cinayəti əks etdirən görüntülərə heç bir rəsmi reaksiya verilməyib.

Nə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ortada konkret fakt olsa da, işçisini cəzalandırmağı ağlının ucundan belə keçirib, nə də hüquq-mühafizə orqanları cinayəti sübut edən faktlarla bağlı araşdırmalara başlayıb. Belə çıxır ki, Aqşin Qafurovun etiraf etdiyi kimi Səlim Müslümov olanlardan heç də narahat deyil.

Demokratik.Az yenə də ümid edir ki,bu biabırçılıqlara lazımi reaksiya veriləcək.

Demokratik.Az


Oxşar xəbərlər