İbrahim Cəfərov haqqında nə qədər dezinformasiya yaymaq olar?

  • 18 may 2016, 08:48

Son günlər ölkə mətbuatında höküm sürən tərəfkeşlik və tərif yazıların hansı səbəbdən geniş füsət aldığı doğrudan da qaranlıq olaraq qalır.

Etiraf edək ki, bu kimi neqativ hallar mətbuata ən ağır zərbədir. Əslində ağı- qaradan seçmək imkanı olan media nümayindələri bilərəkdən və ya bilməyərəkdən alimlərimizi, ziyalılarımızı nifuzdən salmağa çalışır. Digər tərəfdən ölkədə söz azadlığından şəxsi maraqlar üçün istifadə edənlərin də sayı gün-gündən artır.

Bu günlərdə internet saytları kütlə şəkilində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, çox hörmətli ziyalımız İbrahim Cəfərov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayımlayır. Məlumatların hardan qaynağlandığı isə bəlli deyil. Bir sözlə, mənbəyi olmayan informasiyalar sözün həqiqi mənasında cəmiyyətimiz tərəfindən qəbul edilmir. Bəzən elə məqamlar olur ki, bu tip informasiyalar cəmiyyətə sanki sırımaq üçün hazırlanır.

Bəli, dosye.org saytı olaraq dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu və müəllim kollektivini sərt tənqid etmişik. Hətda elektron ünvanımıza ünvanlanan şikayət məktubunu araşdırmadan yayımlamışıq. Etiraf edirik ki, saytımızın elektron ünvanına gələn məktub anonim xarakterli olub. Məlumatın nə qədər real olub-olmadığı birmənalı olaraq bəli olmayıb. Tam səmimi olaraq bildiririk ki, məktubların əksəriyəti böhtan xarakterlidir və şəxsi prinsiplər üzərində hazırlanıb. Amma konkret olaraq daxil olan məlumat araşdırılmalı və bundan sonra yayımlanmalıdır. Sadaladıqlarımız nəzərə alınmırsa deməli məqalə ya sifarişlidir, ya da dezinformasiyadır.

Tam səmimi etiraf edək ki, Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində şəffaflıq haqqında təlbələr və şəhər sakinləri ağız dolusu danışır. Təbii ki, bunun da səbəbkarı universitetin rektoru İbrahim Cəfərovdur. Bir faktı nəzərinizə çatdıraq ki, universitetdən reportaj hazırlayarkən bir daha şahidi olduq. Apardığımız araşdırmalar və tələbələrlə ayrı-ayrılıqda dialoqlarımız sübüt etdi ki, saytların elektron ünvanına daxil olan məktublar qərəzlidir. Kimsə yazdıqlarımızı şübhə altına alırsa zəhmət çəkib universitetin tələbələri ilə əlaqə yaratsın.

Daha sonra saytlar İbrahim Cədərovun Rəsul Quliyevlə iş birliyində ittiham edir. Məqalənin nə qədər qərəzli olduğu haqda danışmağa ehtiyac duymuruq. Böhtan xarakterli məlumatda bildirilir ki, güya İbrahim müəllim eks-spiker Rəsul Quliyevlə sıx əlaqədə olub. Əvvəla bəzi saytların yazdığları ondan xəbər verir ki, İbrahim Cəfərov onların istədikləri təlabatı ödəmir. İkinçisi fakt isə odur ki, əgər yuxarıda adı hallanan şəxslərin o vaxtlar əlaqələri olubsa nəyə görə İbrahim Cəfərov yüksək vəzifə sahibi olmayıb? Görünür, dezinformasiyalar operativliyini itirmək üzrədir. Buda onu deməyə əsas verir ki, bəzi qüvvələr ziyalılarımızı şərləməklə nəyəsə nail olmaq düşüncədədir.

Hələ bu azmış kimi, güya İbrahim Cəfərov şəhərin meri olmaq arzusundadır. Əsla elə deyil. Xatırladaq ki, şəhərlərə və eyni zamanda rayonlara icra başçısı prezident tərəfindən təyin edilir. Hər birimizə bəllidir ki, ölkə başçısı kimə etimad göstərirsə ilk öncə ona lazımı tapşırıqlarını verir. Və sakinlərin problemləri istiqamətində canla- başla işləməyi tövsiyə edir.  

Gəncə şəhərində fəaliyyət göstərən Aqrar Universiteti digər universitetlərdən bütün cəhətlərdən fəqlənir. Universitetin daxilində yaradılan atmosfer tələbələri tam qane edirsə, deməli ali təhsil oçağında İbrahim Cəfərovun tələbkarlığı öz sözünü deyir. Ümumiyyətlə Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov işini bilən ziyalılarımızdandır. Elə bu səbəbdən cənab prezident İlham Əliyev ona etimad göstərərək universitetə rektor təyin edib.

Cənablar, xalqın nifuzlü ziyalılarını ləkələməkdənsə zəhmət çəkib araşdırma aparasınız. Və bundan sonra əmin ola bilərsiniz ki, İbrahim Cəfərov haqqında yazmaq olduqca məsüliyyətli və şərəfli işdir. 

Dosye.org

Oxşar xəbərlər