Xəbər lenti
Bütün xəbərlər

Mehriban Əliyeva Fransanın sabiq baş naziri ilə görüşdü

  • 27 apr 2016, 21:35
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Fransanın sabiq baş naziri Dominik de Villepinlə görüşüb. 

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yüksək səviyyədə keçirildiyi bildirilib, Azərbaycanla Fransa arasında əlaqələrin inkişaf etdiyi və Heydər Əliyev Fondunun bu prosesə töhfə verdiyi vurğulanıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondu Fransada bir sıra mədəniyyət layihələri həyata keçirir və bu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda mühüm yer tutur.

APA
Oxşar xəbərlər