Demokratik TV
Xəbər lenti
Demokratik.Az » 7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var
7 erməni əsgərini məhv edən hərbçimizdən xəbər var
- 16 apr 2016, 12:09

Bu haqda Modern.az saytına onun yaxın qohumu Bəxtiyar Nuruşov məlumat verib.
O, qeyd edib ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən Asif 7 erməni əsgərini məhv edib:
"Ermənilərə qarşı döyüşlərdə 5 güllə yarası alıb. Düşmən silahından açılan güllələr onun ayağını, çiynini, qolunu və qarnını deşib. Həmçinin çox sayda qəlpə yaraları var. Hətta həkimlər bədənində olan qəlpələrdən birini çıxarmamağı qərara alıblar. Döyüşlərdə 4 nəfər olublar və 3 nəfər həlak olub, yeganə sağ qalan Asifdir. Həkimlərin səyi nəticəsində həyati təhlükəsi sovuşub, anlaqlı vəziyyətədir. Hazırda vəziyyətini orta, ağır qiymətləndirirlər”.
B.Nuruşovun sözlərinə görə, 1977-ci il təvəllüdlü A.Rəsulov Ağstafa rayonunda doğulub:
"Ailəlidir, 3 və 5-ci siniflərdə oxuyan 2 oğlu var. Sumqayıtda evi olsa da, işi ilə əlaqədar Nafatalanda kirayədə yaşayır”.
Demokratik.Az

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti