Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır”
“Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır”
- 05 apr 2016, 21:13
"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan ordusunun uğurlu əməliyyatlarından sonra tələm -ələsik kompromis çağırışı edib. Sənin kompromisin bizə lazım deyil, torpaqları boşalt”.
"Qafqazinfo” xəbər verir ki, bunu spiker Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında Qarabağla bağlı müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, hazırda təmas xəttində savaş gedir: "Şuşa şəhəri boşalır. Üzü Ağdərədən Şuşaya kimi hamı qaçır. Sosial şəbəkələrdə də gördük ki, 70-80 yaşlı adamlar orduya çağırılır. Bu onu göstərir ki, Ermənistanda gənclər qalmayıb, hamı qaçıb gedib. Amma ermənilər dayanmır. Yenidən azad etdiyimiz həmin əraziləri işğal etmək istəyirlər”.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti