"Putin qoşunları Suriyadan kiminsə xoşuna gəlmək üçün çıxarmayıb" - Lavrov

  • 15 mart 2016, 22:13

 

Rusiya prezidenti Vladimir Putinin qoşunların Suriyadan çıxarılmasına dair qərarı kiminsə xoşuna gəlmək məqsədilə qəbul edilməyib. 

Rusiya XİN rəhbəri Sergey Lavrov belə deyib.
 
Lavrov qeyd edib ki, bu addım Suriyada sülh nizamlanmasında irəliləyişə nail olmaq məqsədilə  atılıb.
 
Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiya Hərbi-Hava Qüvvələrinin əməliyyatları Suriyada siyasi nizamlanma üçün şərait yaradıb.  
 
Qeyd edək ki, Vladimir Putin Rusiya qoşunlarının martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

APA
Oxşar xəbərlər