"WhatsApp" çökdü

  • 12 mart 2016, 20:22
Dünyanın ən populyar ani mesajlaşma sistemi olan "WhatsApp"da problem yaranıb.

Bu gün səhər saatlarında "WhatsApp"a girən istifadəçilər problemlə qarşılaşıblar. Belə ki, onlar yazdıqları mesajları göndərə bilməyiblər. 

Problem mesajların göndərilə və alına bilməməsi, eləcə də hesablara giriş məhdudiyyəti formasında özünü büruzə verib.  Sistemin çökməsi barədə xəbər isə "Twitter" sayəsində bir anda bütün dünyaya yayılıb. Xəbər "WhatsApp çökdü" başlığı ilə yayılıb. 

Sosial şəbəkələrdə paylaşılan məlumatlarda aydın olub ki, sistemin çökməsi fərqli ölkələrdə, həm iOS, həm də Android istifadəçilərinin işini çətinə salıb. 

Hələlik "WhatsApp" problemin nə olduğu və nə zaman həll ediləcəyi ilə bağlı heç bir rəsmi açıqlama yaymayıb. 

İlkin ehtimala görə, bu problem istifadəçi sayının çoxluğundan qaynaqlanır.

"WhatsApp" smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Mətn mesajlarını, təsvirləri, videonu və audionu göndərməyə imkan verir. Messenceri yaratmış şirkətin 2009-cu ildə Cen Koum və Brayan Akton tərəfindən əsası qoyulub. Şirkətin mərkəzi ofisi Santa-Klara Kaliforniya ştatında yerləşir.

Bir neçə il öncə bu sistem "Facebook" tərəfindən satın alınıb. Məhz bundan sonra sistemdə bir çox yeniliklər edilib, hazırda istifadəçi sayı milyonlarladır.  //anspress
Oxşar xəbərlər