Xəbər lenti
Bütün xəbərlər

AzTV sədri Qulu Məhərrəmlini həbs etdirmək istəyir

  • 09 mar 2016, 19:37
Azərbaycanda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı moderator.az saytına verdiyi müsahibədə Professor Qulu Məhərrəmlinin səsləndirdiyi tənqidi fikirlər AzTV sədri Arif Alışanovu qeyzləndirib. Telejurnalisti "ifşa” etmək üçün 3 saatlıq video çəkib yaymaqla, bir sira tanınmayan sayt və qəzetlərdə Q.Məhərrəmlinin əleyhinə böhtan dolu yazılar dərc etdirməklə ürəyi soyumayan A.Alışanov məhkəməyə müraciət edib. 

Məlum olub ki, AzTV sədri Qulu Məhərrəmliyə qarşı həm də Xüsusi ittiham qaydasında cinayət işi açılması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət edib. Adı çəkilən rayon məhkəməsi bu faktı təsdiq edib. AzTV sədri şikayət ərizəsində ölkənin tanınmış jurnalistinin, cəmiyyətin rəğbətlə qəbul etdiyi bir ziyalının Cinayət Məcəlləsinin iki maddəsi ilə - 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Bu maddələrdə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur. Vəziyyətin nə yerdə olduğunu öyrənmək istəyən jurnalistlərə prof. Qulu Məhərrəmli AzTV rəhbərinin "xoş niyyəti” barədə məlumatlı olduğunu, amma bu niyyətin qanuna, faktlara deyil, hikkəyə, vəzifənin verdiyi üstünlüklərə əsaslandığını deyib. "Onun şikayət ərizəsində məni niyə ittiham etdiyini dəqiq müəyyənləşdirə bilmədim. Məlum müsahibədə mən Azərbaycan televiziyasının tarixini qısaca təhlil etmişəm, bugününə nəzər salmışam, yaxşısı-pisi barədə mülahizələrimi söyləmişəm, təhlükəli saydığım tendensiyaları göstərib bunları doğuran bəzi səbəblər haqqında danışmışam” . Ölkə prezidenti İlham Əliyevin ictimai nəzarətin bir üsulu kimi tənqidi genişləndirmək barədə çağırışı görünür AzTV-də hələ yaxşı başa düşülmür. Sonda Qulu Məhərrəmli bildirib ki, haqqında söhbət gedən tənqiddən sonra A.Alışanovun atdığı impulsiv addımlar onun tutduğu vəzifənin məsuliyyətini lazımınca dərk etməməsi ilə bağlıdır.
Oxşar xəbərlər