Demokratik TV
ADAU-da İbrahim Cəfərov təntənəsi-«Yel qayadan nə apara bilər ki?»
İbrahim Cəfərovun ADAU-da yaratdığı sağlam mühit, bilikli tələbə kontingenti və bacarıqlı mütəxəssislər yetişdirməsi onun gərgin əməyinin bəhrəsidir.
İnkişaf edən Azərbaycanımızda təhsilin mühüm yeri vardır. Cəmiyyətin, gəncliyin, insanlarımızın elm və biliklərə yiyələnməsi, maariflənməsi, dünyagörüşünü artırması üçün ən ideal yer məhz təhsil ocaqlarıdır.
Qeyd edək ki, son illər Azərbaycan hökuməti təhsil sahəsində bir sıra islahatlar apararaq, onun daha da inkişaf etməsi üçün əsaslar yaradıb. Dövlət proqramlarının həyata keçirilməsi, təhsil sektorunun daha da gücləndirilməsi, elmi bazasını təkmilləşdirməsi üçün artıq milyonlarla manat vəsaitlər xərclənib.
Aydın məsələdir ki, təhsillə bağlı danışıldıqda ilk olaraq orta məktəblər, daha sonra isə ali məktəblər yada düşür. Bu gün ölkəmizi kadrlarla təmin edən mühüm dövlət təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Aqrar Universitetidir (ADAU). Bu universitet uzun illərdir aqrar sahə üçün zəruri olan əsas kadr bazasıdır.
Bildirək ki, İbrahim Cəfərovun rektoru olduğu ADAU-da təhsilin yüksək səviyyədə təşkil olunması, tələbələrə göstərilən xüsusi qayğı, habelə elmi-texniki bazanın mükəmməl səviyyəyə çatdırılması xeyli əziyyət tələb edib. Bu gün Azərbaycanda ən nümunəvi, nə mühüm və əhəmiyyətli təhsil ocağı olan ADAU-nun hazırkı səviyyəyə yüksəlməsində İbrahim Cəfərovun mühüm rolu vardır. Belə ki, onun həm elmi bazanı gücləndirməsi, həm tələbələrin təcrübə keçmələri üçün bütün zəruri şəraitin yaradılması, habelə digər amillər müstəsna xidmətlərin bəhrəsidir.
İbrahim Cəfərovun ən üstün cəhətlərindən biri də odur ki, o, özünü universitetdə rektor kimi deyil, eləcə müəllim, tələbə kimi aparır. Rektorun davranışları, tələbələrlə olan münasibətləri də əyani şəkildə ortadadır və bu səbəbdən də tələbələr onu çox sevirlər.
Nəzərinizə çatdıraq ki, İbrahim Cəfərov gözəl alim, nümunəvi ailə başçısı, bacarıqlı müəllim, bilikli elm xadimidir. Onun elmi araşdırmaları, dərslikləri, mühazirələri və digər xoş məziyyətlər hamı tərəfindən təqdir olunur.
Bu gün ADAU-nun inkişaf yolunda olması, müasir dövrümüzlə ayaqlaşan elm ocağına çevirlməsi artıq bütün ölkədə məşhurdur. Peşəkar kadrların yetişdirilməsi, ixtisaslı mütəxəssislərin formalaşdırılması üçün çəkilən əziyyətlər hər nə qədər çox olsa da, yekunda hamı sevinir. Ona görə ki, bu sevinc hissi məhz zəhmətin hədər getməməsi ilə bağılıdır.
İbrahim Cəfərov özünün müsahibələrində deyir ki, tələbələr onun həyatının mənasıdır. Rektorun bu qədər səmimi açıqlama ilə çıxış etməsi əbəs deyil. Həqiqətən də o, tələbələrlə münasibətlərini ata-övlad səviyyəsində tənzimləyir. Məhz bu səbəbdəndir ki, tələbələr azca problemləri olan kimi, rahatlıqla İbrahim müəllimin qəbuluna gedə bilirlər.
Həmçinin İbrahim müəllim yeganə rektordur ki, sosial şəbəkələrin imkanlarından geniş yararlanır. Onun Facebook profili həmişə açıq olur və rektor şəxsən ona yazan tələbələrə cavab verir. Bütün bu sistemin qurulmasında tək məqsəd şəffaflığın təmin edilməsi, elm və biliyə yüksək qiymətin verilməsidir.
Aydın məsələdir ki, iş olan yerdə çətinliklərin, gözə götürməzliklərin də olacağı istisna deyil. Elə bu səbəbdəndir ki, son dövrlər bəzi gözü götürməyənlər İbrahim Cəfərovla bağlı hədəyan dolu yazılarla çıxış edirlər. Onun haqqında olmazın böhtanlar, yalanlar dərc edirlər. Düzdür, ADAU-nun rektoruna belə çamurlar, böhtanlar yaraşmaz. Əksinə, bar verən ağaca daş atanın çox olduğunu yaxşı deyib atalarımız.
Bu gün ADAU-da imtahanların yüksək səviyyədə təşkili, tələbələrin biliklərinə güvənərək qiymət almaq üçün çalışmaları, korrupsiya və rüşvət hallarının aradan qaldırılması bəzi şəxsləri qıcıqlandırmaqdadır. İbrahim Cəfərovun haqqında yazılan hədəyanlar tələbələri və universitet müəllimlərini qəzəbləndirsə də, onlar yenə atalarımızın çəkdiyi misallara söykənərək səbr edirlər. Atalarımız yaxşı deyib: «Yel qayadan nə apara bilər ki?»