Eldar Mahmudovun adamının gizli Fransa səfəri

  • 02 fev 2016, 21:20

Xəlil Göyüşov Parisdə "Akula” Akiflə görüşüb və ona yardım sözü verib; Xəlil Göyüşovun oğlu Akif Mustafayevin sayəsində MTN-nin hərbi hissəsində necə qulluq edib?

Bir həftə öncə "Körpü-Bina Tikinti” MMC rəhbəri Xəlil Göyüşovun "MTN işi” ilə bağlı ölkədən qaçan iş adamı "Akula” ləqəbli Akif Mustafayevlə ciddi əlaqələri olması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, paytaxtın müxtəlif yerlərində həyata keçirilən milyonluq layihələrdə Xəlil Göyüşovun əsas şəriklərindən biri məhz keçmiş MTN naziri Eldar Mahmudovun ən yaxın adamlarından biri olan və ölkədən qaçan Akif Mustafayev olub. Məlumatda qeyd etmişdik ki, Xəlil Göyüşova məxsus olan "Körpü-Bina Tikinti” MMC-nin Bakı şəhərində həyata keçirtdiyi milyonluq layihələri məhz "Akula”nın dəstəyi ilə əldə edib və bu işdə onun əsas ortaqlarından biri MTN keçmiş rəhbərliyi olub.

Qeyd edək ki, irəli sürülən iddialarla bağlı ötən ilin sonlarında "Körpü-Bina Tikinti” MMC rəhbəri Xəlil Göyüşovun mövqeyini öyrənmək məqsədi ilə dəfələrlə telefon əlaqəsi yaratmaq istəsək də, qarşı tərəf telefon zənglərini cavablandırmadı. Xəlil Göyüşovla əlaqədə olan kanallar isə, iş adamının ölkədə olmadığını bildirməklə yanaşı, Xəlil Göyüşovun bu tipli sullara cavab verməyəcəyini də bildirdi.

Bizim apardığımız araşdırma nəticəsində bəlli oldu ki, həqiqətənə də Xəlil Göyüşov ötən ilin sonlarında ölkədə olmayıb. AzMedia.info saytını məlumatlandıran mənbənin iddasında isə, daha maraqlı faktlar yer alır. Mənbənin bildirdiyinə görə 2015-ci ilin dekabr ayının sonunda Xəlil Göyüşov Bakıdan Moskvaya uçub orada iki gün qaldıqdan sonra isə Moskva-Parıs reysi ilə Fransa paytaxtın uçub. Mənbə iddia edir ki, iş adamı Parısdə ciddi maliyyə sıxıntısı keçirən "Akula” ləqəbli Akif Mustafayevlə görüşüb. İddiaya görə, Akif Mustafayev Bakıdakı şərikli biznesinin bir hissəsindən əl çəkmək şərti ilə, X.Göyüşovdan təcili şəkildə yardım istəyib. Paytaxtdakı çox milyonluq tikinti işlərinin əlinə keçəcəyini düşünən Göyüşov isə, "Akula”nın bu təklifini qəbul edərək razılaşıb.

AzMedia.info saytına Xəlil Göyüşovun "Akula” Akiflə bağlı əlaqələri ilə bağlı daha bir ilgin məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, 2 il bundan öncə hərbi xidmətdə ola-ola Bakı şəhərində avtoşluq edən və hər gün müxtəlif barlarda kef məclisi quran Xəlil Göyüşovun oğlu əslində MTN-nin hərbi hissələrindən birində qulluq edirmiş. İnformasiya mənbəmizin iddiasına görə Ramiz Göyüşovun MTN hərbi hissəsində qulluq etməsini Xəlil Göyüşovun şəriki, "Akula” ləqəbli Akif Mustafayev təşkil edib. Məlumatda bildirilir ki, Ramiz Göyüşov "Akula” əmisinin sayəsində bir il boyunca 10 ZZ-040 dövlət nömrə nişanlı avtomobillə Bakı küçələrini gəzib dolaşıb.

Göyüşovlar ailəsinin Eldar Mahmudov və onun əhatəsinə aid olan qruplaşma ilə yaxınlığını sübut edən dəlillər hələ bununla bitmir… /Bolgexeber.com

Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.

Demokratik.Az

Oxşar xəbərlər