Qarabağda müharibə təşvişi - Zirzəmilər hazır vəziyyətə gətirildi

  • 31 yan 2016, 10:41
Azərbaycan işğal altındakı Qarabağ torpaqlarında hərbi əməliyyatların yenidən başlanması təhlükəsi ermənilərin təşvişinə səbəb olub.
 
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağdakı separatçı rejimin "şəhərsalma naziri” Karen Şahramanyan erməni jurnalistlər qarşısında çıxış edərək, yeni müharibənin başlayacağı təqdirdə bütün yeraltı anbarlardan və zirzəmilərdən isitfadə olunacağını deyib.
 
"Müharibənin yenidən başlayacağı təqdirdə əhalinin təhlükəsizliyini təmin etmək üçün mexanizm hazırlanıb. Qarabağda bütün yaşayış sahələrinin zirzəmiləri lazmi şəraitə uyğunlaşdırılıb. Hərbi əməliyyatlar başlayarsa, iş adamlarına icarəyə verilən zirzəmilər onlardan alınaraq əhalinin yerləşdirilməsi üçün istifadə olunacaq”.
 
Şahramanyan nümunə olaraq Xankəndi xəstəxanasının həyətində tikilən və 200-ə qədər insanı gizlədə bilən bunkeri misal gətirib.
 
Onun fikrincə, müharibə şəraitində əhalinin evakuasiya üçün də müəyyən planlar işlənib.
Oxşar xəbərlər