Əcnəbi səyyah Ağdamdan şok görüntülər göndərdi - Foto

  • 23 yan 2016, 15:52

Bir vaxtlar gözəlliyindən ağız dolusu danışdığımız Qarabağ artıq hər zaman filmlərdə görüdüyümüz, qurd-quş ulayan viranə qalmış diyarlardan heç də fərqlənmir. Dünyanı gəzən həmyerlilərimiz ən ucqar nöqtələrin şəkillərini çəkib paylaşa bildiyi halda, Qarabağ onlar üçün çox uzaq, bəlkə də imkansızdır. 

Bunun üçün də tək ümid yerimiz, arabir yadlaşan doğma ocaqdan bizə xəbər ötürən xarici jurnalistlər, dünya səyyahlarıdır.

Qarabağdan son fotoları Avropanı bir neçə dəfə gəzmiş Şəfəq Əskərovaya yapon səyyah göndərib. 

Avropa.info qafqazinfo-ya istinadən bildirir ki, səyyah Yusuke Watanabe ikinci dünya səyahəti zamanı Azərbaycanda da olub. Bakını və qonaqpərvərliyimizi sevən səyyahın Qarabağ məsələsi diqqətini çəkdiyi üçün mütləq oraya gedəcəyini bildirib.

Ancaq orada olan zaman nə Yusuke gördüyü mənzərədən razı qalıb, nə də ki biz onun göndərdiyi fotolarda yaddaşlardakı Şuşa, Qarabağ mənzərələrinə rast gələ bilmişik. Səyyahdan orada müşahidə etdiklərini qısa nəql etməsini xahiş etdiyimiz zaman Qarabağ təəssüratlarını bir sözlə ilə ifadə edə biləcəyini söylədi: "Qafqazın Xerosiması".

Səyyahın sözlərinə görə, indiyə qədər səyahətinin ən şokedici görüntüsü idi. Sərhəddi keçəndən sonra oranı bir əsgərlə gəzib. Dil probleminə görə əhali ilə ünsiyyət qura bilməyib.

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)