Azərbaycan prezidenti İsrailin baş naziri ilə də görüşdü

  • 22 yan 2016, 08:26

Davosda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanla İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra prezident "Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə bir araya gəlib. Görüşdə "Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib, Azərbaycanla bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Dövlət başçısının növbəti görüşü "Microsoft Corporation” şirkətinin vitse-prezidenti xanım Syuzan Hauserlə olub. Görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sisteminin uğurla inkişaf etdiyi və bu sahənin böyük önəm daşıdığı qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə "Microsoft Corporation” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər