“Qızıl Məryəm”göydələnlər də tikirmiş?

  • 10 yan 2016, 15:16

Bakıda övladı tərəfindən 43 bıçaq zərbəsi ilə öldürülən qızıl alverçisinin yeni biznes obyektləri ortaya çıxıb. Bu barədə axar.az-a ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.

 

Demokratik.Az ölkə mediasında yayılan xəbərlərə əsasən bildirir ki, mərhum şəhərdə "Xəzər” mebel salonu və eyni adda restoranın da sahibi olub.

 

Onun qətlinə qədər hər iki ticarət məntəqəsi fəaliyyət göstərib. Hazırda obyektlərin işini davam etdirib-etdirmədiyi bilinmir. Həmin ticarət məkanlarının şəhərin hansı ünvanlarında yerləşdiyi açıqlanmayıb.

 

Bundan başqa, "Qızıl Məryəm” illər əvvəl paytaxtda göydələn tikdirib. Bu işdə ona mərhum əri, Qarabağ qazisi Mehman Hüseynov xüsusi köməklik göstərib. Onun sahib olduğu MTK isə artıq çoxdan təhvil verilib və sakinlər mənzillərində yaşayır.

 

Qeyd edək ki, yanvarın 5-də M.Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.

 

Ötən gün isə mərhumənin bacısı Fəxriyyənin də saxlanıldığı barədə xəbər yayılıb.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər