ANS-i yenə tərk edənlər var

  • 03 yan 2016, 12:24

 

İxtisarla əlaqədar ANS bir neçə tanınmış sima ilə yollarını ayırıb.

Demokratik.Az-ın əldə etdiyi məlumata görə, onlar arasında məşhur şoumen Kamran Həsənli və telekanalda yayımlanan bir neçə verilişin müxbir-prodüseri olmuş Afət Rahilqızı da var. Bildirilir ki, K.Həsənli telekanalı komandası ilə birgə tərk edib. Əldə etdiyimiz digər məlumata görə, şirkətdə ixtisarla yanaşı əməkhaqları da xeyli aşağı salınıb.