Sergey Lavrov erməni imiş?- Foto

  • 02 yan 2016, 10:00
O, Tbilisidən olan bir ailədə anadan olsa da, daha sonralar böyük bir ölkənin xarici işlər naziri olacaqdı. Ancaq onu öz soyadı olan  Kələntəryan yox, anasının qızlıq soyadı olan Lavrov(a) ilə tanıyacaqdılar. Söhbət Rusiyann xarici işlər naziri Sergey Lavrovdan gedir.  

Cebhe.info "Pressafoto”ya istinadən xəbər verir ki, heç bir rəsmi sənəddə Sergey Lavrovun harda dünyaya gəlməsi barədə məlumat yoxdur. Sadəcə onun 1950-ci ildə doğulduğu yazılır. Onun barəsində eyni zamanda hansı məktəbdə təhsil alması barədə qeydlər də "unudulub”. 

Bununla belə bildirilir ki, Lavrov 1972-ci ildə Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.  

Bəzi məlumatlara görə, Sergey Lavrov Tbilisidə Ararat küçəsində dünyaya gəlib: "Onun soyadının Lavrentyan olduğunu, Tbilisidəki əvvəlki 93, indiki 84 saylı məktəbdə oxuduğunu da söyləyənlər var. Ancaq məktəbdən Lavrovun izini elə siliblər ki, ona aid nəsə tapmaq mümkün deyil. Həmçinin Ararat küçəsində də Lavrovun ailəsinin harda yaşadığını bilmirlər”.  

Bununla belə mətbuat öz mənbəyi vasitəsilə balaca Sergeyin öz ailəsi ilə yaşadığı evi tapıb. Orda müəyyən edilib ki, Lavrov Sergeyin atalığının soyadıdır.  Məsələni dəqiqləşdirmək üçün mətbuat Tbilisidəki erməni diasporu ilə əlaqə saxlayıb. Van Bayburt adlı diaspora təmsilçisi bildirib ki, Lavrovun evi doğrudan da Ararat küçəsində yerləşir. O, keçmiş 93 saylı məktəbdə oxumayb, çünki hələ balaca olarkən ailə Moskvaya köçüb. 

Van Bayburtun sözlərinə görə, nazirin soyadı Lavrentyan yox, Kələntərov olub: "Bilirəm ki, onun soyadı Kələntəryan yox, Kələntərovdur. 2005-ci il 17 fevralda o, İrəvan Slavyan Universitetində olmuşdu, o zaman tələbələr ondan erməni mənşəyinin ona mane olub-olmadığını soruşdular. Lavrov cavab verdi ki, onun Tbilisi kökləri var: "Çünki mənim atam ordandır, mənim damarımda erməni qanı axır və bu qan mənə heç nədə mane olmur”. 

Beləliklə o, erməni olduğunu təsdiqlədi.  

Tbilisidə "Vrastan” qəzetini redaksiyasında olarkən mənim yanıma 80 yaşlarında bir nəfər gəldi. Bu o zaman idi ki, Lavrov Nyu-Yorkda Rusiyanın BMT-dəki nümayəndəsi idi. Biz onun barəsində material hazırlamaq istəyirdik. Bu materialı Rem Davıdov hazırlamalı idi. Bizim yanımıza gələn adam Lavrovun qohumu idi və o dedi ki, Lavrovun atası çox varlı olan Kələntərovlardan olub. 

Onun babası Kələntərov isə Tbilis Dumasının üzvü olub. Növbəti dəfə Lavrov Tbilisiyə gələndə mən və mənim həmkarım Mamuka Qaçeçiladze ona Ararat küçəsindəki evi göstərmək istədik. Ancaq onun qrafikinin sıxlığı ucbatından bu baş tutmadı.