Demokratik TV
Xəbər lenti
Demokratik.Az » “Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.
“Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.
- 01 yan 2016, 21:22

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat verilib.
Nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.
Virtualaz.org-un məlumatına görə, generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan "MTN-in ümumi kassasına” hər il 1milyon dollar pul köçürməsini tələb edib. A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuratoru olan nazir müavini ElsevərAğayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.
A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib: "Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?”.
Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.
İstintaq aparılır.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti