Xəbər lenti
Bütün xəbərlər

Ordumuz ermənilərə 95 dəfə atəş zərbəsiylə cavab verdi

  • 22 okt 2015, 08:47

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 89 dəfə pozub.

Demokratik.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Qızıloba, Ağdam rayonunun Cəvahirli, Şıxlar, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 95 dəfə atəş zərbəsi endirib.

Oxşar xəbərlər