Xəbər lenti
Bütün xəbərlər

Putin gəlir və əmlakını açıqladı

  • 15 apr 2015, 15:21
Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə əldə etdiyi gəlir və əmlakla bağlı bəyannaməni təqdim edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezident ötən il 7 milyon 654 min rubl (148 min 275 dollar) gəlir əldə edib. Bu göstərici 2013-cü illə müqayisədə 2 dəfə azdır. Belə ki, 2013-cü ildə Putin 5,79 milyon rubl gəlir əldə edib.



Vladimir Putinin əmlak bəyannaməsindən aydın olur ki, onun 15 sotluq torpaq sahəsi, 77 kvadrat metrlik mənzili, 18 kvadrat metrlik qarajı və ümumi sahəsi 153 kvadrat metr olan (qaraj daxil olmaqla) ayrıca daha bir mənzili var.


Daşına bilən əmlaka gəlincə, Rusiya prezidentinin arsenalında "QAZ M-21”, "QAZ M-21-P”, "Niva” və "Skif” markalı maşın qoşqusu var.


Ekspertlər güman edir ki, Putinin 2015-c ildəki gəlirləri azalacaq. Çünki martın 1-dən o öz əmək haqqını 10 faiz azaldıb.

Maraqlıdır ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin illik gəliri Putindən daha çoxdur. 2014-cü ilin yekunlarına görə, Medvedyevin gəlirləri 8 milyon rubl olub. Əmlak bəyannaməsində onun 49 illik icarəyə götürdüyü 47 sot torpaq sahəsi, 367,8 kvadrat metrlik mənzili, "QAZ-20” və "QAZ-21” markalı avtomobillərinin olduğu göstərilib.

Vüqar İsmayılov
Oxşar xəbərlər