Zəlzələ Yunanıstanı da silkələdi

  • 28 yan 2020, 22:29

Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında Egey dənizinin cənub-şərq hissəsində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Karpatos adasından cənub-şərq istiqamətində 78 km məsafədə və 10 km dərinlikdə yerləşir. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Oxşar xəbərlər