Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM

  • 26 yan 2020, 20:41


2019-cu ildə Bakıda ev tikmək məqsədilə özünə torpaq almaq istəyən Balakən rayon sakini, 12 ildir ki, ədəbiyyat müəllimi işlədiyini deyən vətəndaş Aygün Məmmədhəsənova sosial şəbəkələrdə çağırış edərək "realnewsinfo" xəbər sayının rəhbəri, jurnalist Emin Ramazanovu dələduz adlandırıb. Xanım şikayətçi jurnalistə ağır ittihamlar yağdıraraq "KapitalBank"-a xeyli borcu olduğunu car çəkib. Bankdan götürdüyü pulları isə səmimiyyətinə və peşə fəaliyyətinə inandığı üçün jurnalist Emin Ramazanova verdiyini, lakin aldandığını iddia edib.

Maaş ala və dolana bilmədiyini, aylardır ki, bütün əməkhaqqının bank tərəfindən kredit borcuna tutulduğunu giley edib.

Şikayətçi müəllim jurnalistə qarşı şikayətinə polislər tərəfindən düzgün baxılmadığını iddia edərək bəzi polisləri aşağılayıb. Özünü DİN nazirliyinin qarşısında benzinlə yandıracağını da anons edib.

"Demokratik.Az" Aygün Məmmədhəsənovanın "youtube"-dəki xoşagəlməz və müəmmalı videomüraciətin məğzinə aydınlıq gətirilməsi üçün "realnewsinfo" xəbər portalının rəhbəri, jurnalist Emin Ramazanovla əlaqə saxlayıb. 

Şəkildəki - jurnalist Emin Ramazanov

Jurnalist xəbərə təəssüflənərək saytımıza aşağıdakıları bildirib:

"Bu barədə geniş danışmaq istəmirəm, çox üzücüdür ki, aylar öncə haqqı uğrunda köməklik göstərdiyim bir ədəbiyyat müəlliməsi indi məni şərləməklə məşğul olur. Təəssüf edirəm ki, kimsəsiz xanım olduğu üçün mənim ona yazığım gəlib və dediklərinə əvvəllər mən də inanmışam. Ötən il başqa birisinə qarşı eyni və oxşar şikayətini mən ictimailəşdirmişəm.

Şəkildəki - Mahir Cəbiyevdir

Xahiş edirəm xatırlayasınız, ötən ilin yayında Bakının Xəzər rayonu ərazisində torpaq alarkən saxta sənədlə Mahir Cəbiyev adlı bir makler tərəfindən necə aldadılmasını, bankdan götürdüyü krediti ona verdiyini iddia edirdi. Bu barədə mənim çəkib yaydığım bir neçə video ortadadır. İndi özünü ədəbiyyat müəlliməsi kimi təqdim edən, lakin çıxışlarında qeyri-etik ifadələr, hətta söyüş söyən, polisi təhqir edən biri mənim özümə qarşı eyni ittihamları yağdırır. O öz çıxışında yüksək çinli adamların da məqsədli şəkildə adını çəkir ki, dediklərinə inanan olsun. Yəqin xüsusi öyrədənləri də var, yoxsa O, canlı yayımına gecə saat 3-də niyə çıxmışdı?

Ötən il bankdan kredit götürüb Mahir adlı şəxsə ev tikintisi üçün verdiyini deyən həyasız şərxata ədəbiyyatçı indi də eyni suçla mənim üstümə çamur atır. Bu əxlaq və davranışla şagirdlərinəə hansı keyfiyyətdə ədəbiyyat dərsi verdiyini anlamaq çətin deyil.

Qətiyyətlə bildirirəm ki, Aygün Məmmədhəsənovanın barəmdə dedikləri tamamilə yalan və böhtandır. Onun sosial şəbəkədəki çağırışları tamamilə əsassızdır və mənə qarşı şantaj-böhtan xarakteri daşıyır. Bunu da elə edir ki, hüquq mühafizə orqanı və ictimai rəy bu məsələyə münasibətdə çaşsınlar. Tezliklə onun cinayət məsuliyyətinə cəlb olunması üçün aidiyyatı üzrə məhkəmə orqanına müraciət edəcəyəm"-deyə Emin Ramazanov bildirib.

"Demokratik.Az" saytı ötən ilin iyununda yayımlanmış videosüjeti diqqətinizə çatdırır.

Həmin videodan və xanım şikayətçinin ötən gecəki sayıqlamalarından aydın olur ki, xanım müəllimə maklerə pul verdiyini, maklerin ona qarşı dələduzluq etdiyini iddia etdikdən bir neçə ay sonra ona bu probleminin ictimailəşdirilməsində yardım edən jurnalist həmkarımıza şər atır, 2019-cu ildə Mahir Cəbiyevi, indi isə eyni ssenari və eyni bank krediti (şişmiş həddə) ilə Emin Ramazanovu dələduz adlandırır.

İnanırıq ki, jurnalistə qarşı bilə-bilə ağır ittiham yağdıran Aygün Məmmədhəsənova barəsində hüquqi tədbirlər görüləcək. Müəmmalı ittihamlara yəqin ki, tezliklə tam aydınlıq gətiriləcək.

Bütün həmkarlarımızı isə bu məsələdə obyektiv olmağa, şikayətçinin müraciətini yayımlayarkən qarşı tərəfin söz haqqına sayğılı davranmağa, dediklərini dərindən araşdırmağa səsləyirik...

"Demokratik.Az" 

Oxşar xəbərlər