Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO

  • 24 yan 2020, 19:06

Azərbaycanın ən qalmaqallı siyasətçisi, "Müasir Müsavat" partiyasının başqanı Hafiz Hacıyev deputat olmaq istədiyi 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsində ictimai-siyasi qalmaqal yaradır. Hafiz Hacıyev YAP-çı millətvəkilliyinə digər namizəd olan Elşad Mirbəşiroğluna qarşı qara piar edir, opponentinin şərəf və ləyaqətini açıq təhqirə və aşağılamalara yol verir.

Bu barədə "Demokratik.Az"-a məlumat verən narazı rayon sakinlərinin bildirdiyinə görə, son 20 ildə demək olar ki, keçirilən bütün növ seçkilərə qatılan və uduzan bir partiya sədrinin mübarizə metodu yenə adəti üzrə başadüşülən siyasi əxlaq həddində deyil. 

Onsuz da qısa təbliğat-təşviqat dönəmində öz enerjisini və dağıdıcı düşüncələrini iqtidar (YAP) partiyasının namizədinə, şəxsiyyətinin əleyhinə qarşı yönəldən Hafiz Hacıyevin öz seçiciləri qarşısında niyə öz platforması və vədləri barədə danışmaması əsaslı ikrah hissləri doğurur.

Seçki gününə 15 gün qalsa da, hələ ki, rayon seçicilərinə fərli bir şeylər danışmayan yaşlaşmış siyasətçinin bir neçə gün öncəki çıxışları hər şeyi deyir. Belə ki, Hafiz Hacıyev "20 YANVAR" günündə Qarabağ şəhidi, milli qəhrəman əmisioğlu mərhum Etibar Hacıyevin (Allah rəhmət etsin!) Göygöldəki büstünü ziyarət edərək "nitq" söyləyib. Partiya rəhbəri 20 yanvar günündəki qısa nitqində də YAP-ın namizədi Elşad Mirbəşiroğluna qarşı qeyri-etik siyasi mübarizə nümayiş etdirib.

Bir qrup insanın qarşısında YAP-çı opponentinə sərt ittihamlar yağdıran Hacıyev birincinin özü və atası barədə, eləcə də Göygöl YAP təşkilatının sədri Turani Əliyev barədə ağır ifadələr işlədib.

"Demokratik.Az"-a daxil olan narazılıq müraciətində bildirilir ki, Hafiz Hacıyevin şəhid məzarı başındakı çıxışı "20 Yanvar" qırğınına siyasi münasibət ruhundan ayrılaraq iqtidar adayına şəxsi qərəzə, təhqir həddinə köklənir.

Hafiz Hacıyev bir gün sonrasında da öz ampulasında qalıb və qapalı görüşdə eyni təhqiredici arqumentlər səsləndirib. Bu hal isə sivil siyasi mübarizə metodu deyil.

Nitqində xeyli nöqsan və qüsurlar buraxan partiya sədrinin yerlibazlıq çağırışına köklənməsi, siyasi bölücülük etməsi də acı təəssüfdən savayı bir şey ifadə etmir. Namizədin atasına qarşı səsləndirilən ağır ittihamlara gəlincə, mənbəmiz qeyd edir ki, bu cür basqı metodu Hafiz Hacıyevin özünü doğrultmayan və sevilməyən siyasi populizmidir. Və deputat olmaq üçün seçilən naxoş anti-təbliğat metodudur. Heydər Əliyevin özünün sağlığında Göygöl rayonunda (o zamanki Xanlar) təhsil müdiri işləyən birinin Əliyev iqtidarına küfr etməsi inandırıcı məntiqə dayanmır. Bundan əlavə, YAP-çı oğul atasının hansısa köhnə əməllərinə bugün cavabdehlik də daşımır axı. 

Hafiz Hacıyevin YAP namizədinə qarşı irəli sürdüyü cəlbedici tezis Elşad Mirbəşiroğlunun cəmi 4 ay əvvəl partiya sıralarına qatılmasıdır. Onun son zamanlarda iqtidar partiyasına üzv olması tənqid edilsə də, tərcümeyi-halı dövlət və dövlətçiliyə sadiqliyini, eləcə də mərhum Heydər Əliyev ideyalarına sevgisini tam ifadə edir.   

"Demokratik.Az" Göygöl sakinlərinin xahişini və YAP namizədinə qarşı çaşqınlığı diqqətə alaraq YAP-ın irəli sürdüyü namizədi, tanınmış siyasi elmlər doktoru Elşad Mirbəşiroğlunun wikipedia məlumatlarını, qısa tərcümeyi-halını oxuculara təqdim edir.

Elşad Mirbəşir 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. O, 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir.

Təhsili, elmi dərəcəsi və elmi adları

  • 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir.
  • 1998-2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdi r.
  • 2002-2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur.
  • 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı” mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
  • 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur.
  • 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur.
  • 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.

Əmək fəaliyyəti

  • 2002-2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışmışdır.
  • 2007-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə” kafedrasında dosent vəzifəsində çalışır.
  • 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin sərancamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.
  • AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının sədri vəzifəsində çalışmışdır.
  • Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş, daha sonra isə Mərkəzin sədr müavini seçilmişdir.
  • Azərbaycan Dövlət Televiziyasının şərhçisi və «Dünya bu gün» siyasi-analitik verilişinin aparıcısıdır.
  • Yerli və beynəlxalq mediaya müsahibələrində bölgədə və dünyada baş verən hadisələri milli maraqlarımız kantekstindən şərh edir.
  • Bundan başqa, Yeni Azərbaycan qəzetinin siyasət şöbəsinin redaktorudur, "Yeni Azərbaycan” analitik qrupunun rəhbəri və Yeni Azərbaycan Partiyasının üzvüdür.
  • 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir.
  • Alman, rus və türk dillərində sərbəst danışır.

Ailəsi

Elşad Mirbəşir evlidir, iki övladı var.

Tədqiqat sahəsi

  • Siyasi münaqişələr: mahiyyəti, quruluşu və həlli mexanizmləri.
  • Müasir hərbi-siyasi münaqişələr

Seçilmiş əsərləri

  • Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya Azərbaycanıın ərazi bütövlüyünü bərpa edəcək!
  • Heydər Əliyev Azərbaycan Respublikasında yeni siyasi idarəetmənin banisidir.
  • Azərbaycanın mövcudluq və inkişaf dialektikasindan irəli gələn tələblər.
  • Etnosiyasi münaqişələrə müasir baxışlar.
  • Siyasi münaqişələrin həllində hərbi güc amili.
  • Siyasi münaqişələrin həllində vasitəçilik xidmətləri.
  • Müasir müharibələr silahlı münaqişənin bir növü kimi.
  • Müasir beynəlxalq münaqişələrin meydana gəlməsi, inkişafı həlli.
  • Danışıqlar siyasi münaqişələrin tənzimlənməsi vasitəsi kimi.
  • Siyasi münaqişələrin həllinin dinc və zorakı vasitələri.
  • Müasir beynəlxalq münasibətlər və terrorizm.
  • Böyük İpək Yolu: Azərbaycan Respublikasının strateji maraqları kontekstində.

Kitabları

  • Siyasi münaqilər: mahiyyəti, quruluşu, həlli.

Mükafatları

  • 2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. 
  • Demokratik.Az
Oxşar xəbərlər