Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI

Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDIGəncə şəhəri, 38 saylı Nizami 2-ci Seçki Dairəsində namizədliyi qeydə alınan, lakin sonradan "ikili vətəndaşlıq" bəhanəsilə namizədliyinə süni maneələr yaradılan Müzadil Həsənov namizədliyinin bərpası istiqamətində sivil və hüquqi mübarizəsini davam etdirir.

Müzadil Həsənov bu barədə özünün facebook səhifəsində olaya münasibət bildirib və proses barədə müraciət yayıb. "Demokratik.Az" Müzadil Həsənovun maraqlı müraciətini təqdim edir:

"Dəyərli dostlarım, hörmətli isləyicilərim, əziz seçicilərim!
Namizədliyimin, lazımı araşdırma aparmadan, qanuna zidd şəkildə ləğv edilməsindən sonra özümə və yaxınlarıma yüzlərlə, bəlkə də minlərlə zəng, mesaj ünvanladınız, narahatlığınızı, dəstəyinizi ifadə etdiniz.
Bu möhtəşəm dəstək üçün hər birinizə bütün varlığımla təşəkkür edirəm!!!
Bir çox zənglərə və mesajlara fiziki olaraq cavab verə bilmədiyim üçün üzrlü saymanızı rica edirəm!
Bütün bunlarla yanaşı istəyirəm biləsiniz ki, mən konstitusion hüququm bərpa edilməsi üçün bir gün belə dayanmamışam və qanuni mücadiləmi sona qədər davam etdirməyi öz ləyaqətim qarşısında və sizlərin etibarı qarşısında özüm üçün borc bilirəm. Bu yolda qanunla nəzərdə tutulan bütün lazımı prosesual hərəkətləri keçərək, dünən MSK-nın son qərarından Bakı Apellyasiya Məhkəməsinə namizədliyimin bərpası ilə bağlı iddia ərizəsi ilə müraciət etdik.
MSK-nın rəsmi sorğu əsasında almalı olduğu, lakin nədənsə almadığı Rusiya vətəndaşlığımın olmaması faktı haqda rəsmi arayışı da öz təşəbbüsümlə Rusiya Federal Miqrasiya Xidmətindən alıb, artıq məhkəməyə təqdim etmişəm. Tanıdığım ən təcrübəli hüquqşunasların yekdil fikri ilə bu arayış təkzibedilməz və mötəbər dəlil olaraq namizədliyimin dərhal bərpasına hüquqi əsas yaradır.
Paralel olaraq, mən ölkə prezidentinə və 1-ci vitse-prezidentə problemin məğzi ilə bağlı məlumat verib, məsələnin ədalətli həll edilməsi üçün öz nəzarətlərinə götürməyi xahiş etmişəm və ilkin reaksiya da artıq var...
Bu gün axşam saatlarında Bakı Apellyasiya Məhkəməsində məsələyə baxılacaq və ümid edirəm ki, ədalət yerindəcə bərqərar olacaq və ölkə rəhbərliyinin son bəyanatlarına kölgə salınmayacaq!
Bir daha bəyan edirəm ki, mən hər zaman dövlətimizin, dövlətçiliyimizin yanındayam və bu yola sırf ölkə rəhbərliyinin bəyan etdiyi yenilənməyə, islahatlara Gəncədə dəstək olmaq üçün çıxmışam.
Bu yolda da dövlət başcısı qeyd etdiyi kimi hakimiyyət daxilində yer alan və islahatlara maneələr törədən qüvvələrin ifşa olunması üçün ictimai mübarizəmi hüquqi müstəvidə sona qədər davam etdirəcəm!"

---
Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.