Xəbər lenti
Bütün xəbərlər

Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR

  • 15 yan 2020, 23:38

Bugün - Yanvarın 15-də Gəncədə fəaliyyət göstərən pedoqoji təyinatlı tədris müəssisəsi qapılarını ictimaiyyət nümayəndələrinin üzünə açıb. Ölkənin ikinci böyük şəhərində ən çox tələbə kontingentinə sahib olan Gəncə Dövlət Universitetində (GDU-da) qış imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün mediatur təşkil edilib. Mediaturun ənənəvi məqsədi sözügedən tədris ocağında aparılan imtahan prosesinə ictimai nəzarətin cəlb edilməsi, 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsinin təmin edilməsi, imtahan sessiyası dövründə yarana biləcək neqativ halların dərhal araşdırılaraq müvafiq tədbirlər görülməsi, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə köməklik olmuşdur. GDU-da bu məqsədlə Operativ İmtahan Qərərgahı və xüsusi komissiya da yaradılmışdır. 

Demokratik.Az bildirir ki, səhər saat 10:00-dan etibarən başlayan mediatura universitet rektorunun baş müşaviri Asif Cavadov, prorektorlar Pərvin Kərimzadə və Gülsüm Fətəliyeva bələdçilik edib, valideynlərin və media nümayəndələrinin bir sıra suallarına geniş açıqlamalar verilmişdir.

Kompüter test üsulu ilə keçirilən imtahan prosesi GDU-nun əsas inzibati binasında baş tutmuşdur. Mediatur iştirakçıları universitetin ayrı-ayrı auditoriyalarında kompüterlərlə təchiz edilmiş imtahan prosesini diqqətlə izləmişlər və sonda imtahan prosesinin təşkilinə ümumi razılıq ifadə olunmuşdur.

İmtahan prosesini izləyən jurnalist Osman Nərimanoğlunun saytımıza bildirdiyinə görə, GDU-da imtahan sessiyasına yaradılan şərait bütövlükdə tələbələrin istək və arzularını ifadə edib, onların bilik və bacarıqlarının şəffaf qiymətləndirilməsinə hesablanıb. Ən əsası, imtahan prosesi Gəncə Dövlət Universitetində tələbə-müəllim arasındakı hərarəti, elmə və biliyə dayanan xoş mühiti tərənnüm edib.

GDU-nun "Mətbuat və İctimaiyyətlə əlaqələr"şöbəsinin qış sessiyası barədə yaydığı rəsmi bilgilərə əsasən ümumilikdə 6 min tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası həm əyani, həm də qiyabi şöbə üzrə yazılı, test üsulu və qabiliyyət üzrə olmaqla yanvarın 31-dək davam edəcək. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının da imtahanın keçirilməsində iştirakı təmin edilmişdir.

Eyni zamanda, universitetin gdu.edu.az saytında yerləşdirilmiş telefon nömrələri, rəsmi "facebook” ünvanı olan "Gəncə Dövlət Universiteti”, [email protected] ünvanlı elektron poçtu və "Qaynar xətt” elan edilmişdir.
Həmçinin universitetdə həm semestr ərzində, həm də sessiya dövründə tələbələrin yarana biləcək problemlərinin aradan qaldırılması məqsədilə Tələbə Ombudsman Mərkəzi də fəaliyyət göstərir.

"Demokratik.Az" yaxın günlərdə GDU-da gedən imtahan prosesi barədə daha təfsilatlı və eksklüziv məlumatlar verməyə çalışacaq...

Demokratik.Az

 


Oxşar xəbərlər