Zidan: “Onların Messisi, bizim isə öz silahımız var”

  • 17 dek 2019, 16:32

İspaniyanın "Real Madrid” komandasının baş məşqçisi Lionel Messi "Barselona” ilə La Liqanın X turundan təxirə salınmış oyun ərəfəsində fikirlərini bölüşüb.

"Report” "Marca”ya istinadən xəbər verir ki, 47 yaşlı fransalı mütəxəssis görüş ərəfəsində rəqib komanda ilə eyni oteldə qalmağı problem hesab etmədiyini söyləyib: "Son matçlarda yaxşı oynayırıq. İşlərin gedişindən məmnunuq. Bizə "Barselona” ilə oteldən eyni vaxtda çıxmağı söylədilər, elə də edəcəyik. İzahat verməyə ehtiyac duymuruq, önəmli odur ki, oynayacağıq. Qarşılaşmanın mümkün ləğvi barədə düşünmürəm. Enerjimizi sahəyə yönəltməliyik. Bu, oyuna yaxşı hazırlaşmağın yeganə yoludur. "El-Klasiko”larda necə oynadığımı xatırlayıram. Nə ilə üzləşəcəyimizi bilirik. Onların Messisi, bizim isə öz silahımız var”.

Komandalar 16 oyundan 35 xal toplamaqla, La Liqada liderliyi bölüşürlər.

Qeyd edək ki, dekabrın 18-də "Kamp Nou” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Barselona” və "Real Madrid” komandaları matç öncəsi eyni oteldə qalacaqlar. Oyunda təhlükəsizlik xidmətinin 3000 əməkdaşı çalışacaq. Hər iki komanda oteldən iki ayrı-ayrı avtobusla çıxacaq. Onları 12 polis avtomobili müşayiət edəcək. Otel stadiondan 750 metr aralıda yerləşir ki, bu da bloklamanın baş verməməsi üçün seçilib. Gücləndirilmiş təhlükəsizlik tədbirləri Kataloniyanın müstəqilliyinin tərəfdarlarının etirazları ilə əlaqədardır.

Oxşar xəbərlər