Xəbər lenti
Bütün xəbərlər

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib

  • 29 noy 2019, 19:20

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

"Report”un xəbərinə görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) rəisi vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl Lənkəran ŞRPŞ rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, məlumatı ilk olaraq strateq.az saytı yayıb.

Oxşar xəbərlər