Şəki sakini DYP ilə bacarmır - döyüldü və yenidən ŞİKAYƏT etdi
Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı
Əbdürəhimov Sadiq Məmmədəli oğlu "Şəki rayon Prokurorluğunun şikayət əsasında qəbul
etdiyi 24 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və onun qəddarcasına
döylməsimə sifariş vermiş şəxsin tapılıb cəzalandırılması” barədə ölkə başçısına açıq ŞİKAYƏT məktubu yazıb.
"Demokratik.Az" həmin şikayətin mətnini şərhsiz təqdim edir:
"Cənab Prezident İlham Əliyev, DYP işçiləri tərəfindən mənə qarşı törədilən təxribat, quldurluq və şantajların dayandırılmas üçün bir daha Sizə müraciət etmək zorunda qalmışam. Əvvəlcə ardıcıllıqla xatırlatmaq istəyirəm ki, sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi avtomobilimi saxlamış və mənimlə mübahisəyə başlamışlar.
Biri əl atıb qapını açır, digəri açarı almaq istəyir və s. anormal hərəkətlər. Sonda təhlükəsizlik kəmərinindən istifadə etməməyə görə protokol tərtib edirlər. Amma bir surətini vermirlər. Səhəri günü yenə gəlib yazdıqları protokolu tələb edib alıram.( videosu təqdim edilə bilər) Və görürəm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisənin olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam. Mən cərimənin protokol nömrəsinə görə ödəməyə görə bu sənədi onlardan alanda məlum oldu ki, bu DYP işçiləri əslində koordinat üzrə Yevlax – Zaqatal yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin hamımıza məlumdur ki, həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobilini gizli sövdələşmələri nəticəsində qanunsuz olaraq öz ərazisinə dəvət edir ki, iş yoldaşları "ac qalmasınlar” və 822 –nin ərazisinə daxil olub, dolansınlar. Qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına( aylıq plan məsələsi) görə onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir. Və əlacsız qalıb kənardan bu zonanın avtomobillərini "qarmağa” saldırmaq üçün bu yolu seçib pul qazanırlar.Qoy qazansınlar. Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə xahiş minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni özləri əvəzimə ödədiklərini bildirdilər.( amma ödəmədilər)
Bu
məslənin heyfini məndən çıxmaq üçün oktyabrın 3-də günortadan sonra mənə bildirdilər
ki, səni Şəki DYP əməkdaşları axtarırlar.telefonla məni Şəki DYP İdarəsinin
radalar üzrə kompüter mütəxəssisi Aqşin adlı birisi bildirdi ki, səni "zapravkanın” yanında
gözləyirik.(Aqşinin səs yazısı əlavə edilir) Mən Aşağı Göynük kəndindəki "Göynük petrol”
yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ2106 markalı, ağ rəngli,
10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri
mülkü formada,( sonradan öyrəndim ki, bu Aqşin adlı və gəldikləri avtomobil də dədəsinin
adına olan dəlduz dəstədən birisidir.) digəri polis formasında idi.( Bu da AdamovRamil idi)
Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən
onu ödəmədiyinə görə avtomobilini həbs edib aparmalıyıq. Sürücülük vəsiqən də ləğv
olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib
ki, mən bu 10 manatı dərhal ödəyim. Onlar yanımda olan Hümmətov Ziyəddin Kamal
oğlunun yanında dedilər, ya 200 manat hörmət elə ki, biz sistemdən bu cəriməni silək,
ya da avtomobili aparmalıyiq və "prava”n da ləğv olunacaq. Mən dərhal 902 qaynar xəttinə
zəng etdim. Bildirdilər ki, sənin cərimən olubdur və aktivdir. Cəriməni ödə məsələ
bitsin. Qaynar xəttdə mənə cavab verən kişi yanımdakı polislə ( Adamovla)də danışdı.
Mən yaxındakı aparatda cəriməni ödəməyə tanışımı göndərdim. Bu zaman özlərini DYP
işçiləri kimi təqdim edənlərdən biri Adamov avtomobilimə oturub Şəki istiqamətində sürməyə
başladı, digəri, mülki geyimli Aqşin də atasına məxsus olan, lakin sürücülük hüququ
və etibarnaməsi olmadandədəsinin 10 DJ 106 dövlət nişanlı, şəsxi VAZ 2106 avtomobillə
onun arxasınca sürüb getdilər. Onlar mənim ödədiyim qəbzi də nəzrə almadılar. Bəli,
bu mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın "ağlı başına gəlsin” ki, 23
sentyabr protokolunu niyə bizdən istəyib alıb. Avtomobilimin oğurlanması faktına görə dərhal
DİN-nin 102 xidmətinə zəng edib məlumat verdim. Qeydə alındı. Amma ayın 16-a kimi
heç bir tədbir görülmədi. Avtomobilimin şübhəli şəxslər tərəfindən4 oktyabr
2019-cu il tarixli yuxarı orqanlara etdiyim şikayətlərdən sonra Oğuz-Balakən şosse yolun
komandiri Əli müəllim, Şəki DYP Bölməsi rəisi məni telefonla dəvət etdilər. Qeyri-rəsmi
olduğuna görə getmədim. Sonradan 16 oktyabr saat 11-00-ra Şəki DYP rəisi rəsmi
bildiriş göndərdi. 6-da DİN-nin polkovniki cənab Ceyhun Əliyev telefonda mənimlə məsələni
müzakirə etdi.Və 16-da Şəkiyə gəlib izahat aldı. Elə Şəki Prokurorluğunda da 23-də müstəntiq
Turala izahat yazdım. Amma bunların hamısı izahatı çox qısa etməyimi istəyirdilər.
Bu gün də Ziyəddin Hümmətov Prokurorluqda yazdığı izahatında bir şahid kimi təsdiq
etmişdir ki, DYP işçiləri olan mülkim və polis formasındakı adamlar Sadiq Əbdürəhimovdan 1
il 2 ay əvvəl yazılmış 10 manatlıqcəriməni silmək üçün 200 manat pul istəmişlər, yoxsa avtomobili aparacaqlarını bildirmişlər. Sadıx pulu verməyəcəyini, cəriməni dərhal
ödəyəcəyini bildirsə də onlar NİVAnı dedikləri kimi oğurlayıb apardılar. Niva
avtomobilini mən yalnız 23 oktyabrda DYP nın cərimə meydançasında götürdükdə təkərlərin
hamısı boşalmış yarasız vəziyyətə düşmüş, akumulyator sıradan çıxmışdır. Vurduqları
ziyandan isə danışmaq əvəzinə DYP inspektoru R.Adamov yzdığı izahatında guya mənim
yazdıqlarımın hamısı böhtan xarakterli imiş. Halbuki bu adam oktyabrın 11-də əmimoğlu
Mehdinin 077 500 7005 mobil nömrəsinə gizli nömrədən zəng edərək mənim
gedib şikayət ərizəmi geri götürməyi tələb etmiş, bu günün sabahı da var deyərək təhdid
mesajı yollamışdır. Və izahatında qəsdən yazmışdır ki, guya məni yolda hərəkətdə olan
zaman saxlayıbmış.Halbuki, mənim qaynım kamal onunla telefonda danışıb Sadiqin niyə
axtardıqlarını soruşduqda Adamov bildimişdir ki, cəriməsi var tez gəlsin
"zapravka”nın yanına. Soruşanda ki, nə qədər cəriməsi var? Cavab verir ki, nə dəxli var, var deməli
gəlməlidir buraya ( səs yazısı təqdim olunur) Şikayətimdə göstərilən faktlar üzrə Şəki rayon
Prokurorluğunda müstəntiq Tural tərəfindən araşdırma aparıldı.” Və bu arada hadisənin
baş verdiyi "Göynük petrol” yanacaqdoldurma stansiyasının kamera görüntüləri
Adamov tərəfindən dərhal silinmişdir.Mən bu görüntülərə şəxsən baxdım Və
hadisələr 10 metr məsafədə ağacın üstündə yerləşən kamera vasitəsilə qeydə alınsa da mənə
verməkdən imtina etdilər. Şikayətimin nəticələri: 24 noyabrda Şəki İH-ti tərəfindən
verilən cavabdan aydın olur ki, 24 oktyabrda Şəki rayon prokurorluğunda şikayətim
əsasında aparılan araşdırmaya əsasən cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilmişdir. Mənə isə hələ də 1 aydır ki, əsassız və saxta qərarın surəti
göndərilmir. Elə ona görə müstəntiq Tural izahatı yazanda mənə təzyiq edirdi ki, qısa
yaz, çox yazma. İndi aydın olur ki, müstəntiq niyə Aqşini və digər Yevlax şossesinə nəzarət
edənvə mənə saxta protokol yazan DYP işçilərini niyə iaraşdırmaya cəlb etməmişdir. O
yalnız Adamovla bağlı epizodu xalaxətrin qalmasın araşdırmış və onun xeyrinə
yekunlaşdırmışdır. Oğurladıqları avtomobili, 10 amantlıq cəriməni silmək üçün şahid
yanında istənilən 200 manat tələb edilən rüşvət haqqında, cərimənin ödəmə qəbzinin nəzərə
alınmaması, radar cərimələrini yoxlayan və hər bir kənd üzrə belə sürücüləri
araşdırıb tapdıqdan sonra onların evinə dədəsinin 10 DJ 106 nömrəli avtomobili ilə DYP
işçisi Adamovla birlikdə gedib dələduzluqla məşğul olan bu dəstəyə hüquqi qiymət
vermək əvəzinə, formal tərtib etdikləri araşdırmanın nəticəsiə görə "cinayət işinin rədd
edilməsi” barədə əsassız QƏRARqəbul edilmişdir. Elə DİN-ndən rayonumuza mənim şikayətim əsasında
təşrif buyurmuş polis polkovnik-leytenantı Ceyhun Əliyev də öz paqon
yoldaşları ilə həmfikir olmuşdur.
Cənab Prezident! Mən Şəki Prokurorluğunun belə primitiv saxta araşdırmasına və general zeynalov Ramizin mənə yazdığı formal cavab məktubuna doğrusu, cavab vermək və şikayətimi davam etdirmək fikrim yox idi. Amma mənim vəhşicəsinə döyülməyim sifariş olmasaydı.Belə ki, 19 fevralda qonşum məni Şəki şəhərindəki şadlıq evinə toya dəvət etmişdi. Toyun ortasında digər qonşum mənə sözü olduğunu və həyətə çıxmağımı istədi. Elə ki, həyətə çıxan kimi məni dəvət edən və digər yekəpər yoldaşı heç bir söz demədən başladılar məni vəhşicəsinə, amansızlıqla döyməyə. Səs-küyə qaynım gələndə bu iki killer dərhal sürətlə hadisə yerindən qaçdılar.Onlar mənim əsas sifət nahiyəmi hədəfə alıb zərbələr endirmişlər. Çoxlu qan itirdim. Anam DİN-nin 102 xidmətinə zəng etdi. Şəki Polis İdarəsindən polkovnik-leytenant gəlib məndən izahat aldı. Şikayətimdən sonra bu cavanların valideynləri, qohumları gecə-gündüz evimizə minnətə gəldilər ki, şikayətimi geri götürüm. Mən isə sadəcə soruşdum ki, bu hadisə niyə baş verdi? Bu şərəfsizlərə qarşı mənim hardasa bir səhvim, borcum, inciklik və s. olubmu? Xeyr dedilər. Bir cavab verdilər ki, bəs sərxxoş olmuşuq, bilməmişik. Mən də deyirəm ki, sərxoş adam spirt qəbul etdikdən sonra masada yatan adam olur. Siz isə normal qaydada məni toydan həyətə gələyi normal danışıq və davranışla dəvət edirsiniz. Və çox sərrast formada vəhşicəsinə ölümümə vurusunuz. Və köməyə gələn olanda ən ayıq adamlar kimi sürətlə qaçıb aradan çıxırsınız.
Axı mən hiss etmədim ki, siz sərxoş olmusunuz. Və heçnə soruşmadan qəfil zərbələr vurmağa başladınız. Bu hərəkətin bir adı var. Hansısa alçağın mənə qarşı sifarişini yerinə yetirmək. Bu quldurların qohumları gecə-gündüz bilmədən evdə oturmağa qoymadıqları üçün mən şikayət ərizəmi geri götürdüm. Əslində bu muzdurlar məni əlil də etsələr mən günahı bunlarda görmürəm. Çünki bu adamlarla mənim heç bir düşmənçiliyim və ya hər hansı bir incilik belə aramızda olmamışdır. Amma qəti olaraq bilmək istəyirəm ki, bu muzdurlara məni vəhşicəsinə döyməyi və ağır xəsarət yetirməyi kim sifariş verib?Amma o da faktdır ki, general Zeynalov Ramizin Şəki DYP işçisi Adamovu yüngülcə inzibatı məsuliyyətə cəlb etməsi, Şəki Prokurorluğunun Adamovun dəstəsini ifşa etməməsi, faktiki qanunsuz hərəkətlərini ört-basdır etmək üçün, Bakıdan gələn DİN-nin polisi C.Əliyevi təzədən Bakıya yola salmaq üçün və sonda işini, vəzifəsini itirməmək üçün uşaq da bilir ki, külli-miqdarda zərərə düşmüşdür. Və araşdırmaların davam etdiyi bir zaman doğma əmim oğlu Mehdiyə elə həmin Adamov tərəfindən gizli nömrədən zəng edərək hədə-qorxu gəlmişdir ki, Sadiq şikayətini geri götürsün, yoxsa sonrası pis olar”. Bəli, deyilən kimi də oldu. Sonrası, noyabrın 19-da həqiqətən mənim üçün çox pis oldu. Yəni, mən xəbərdarlığımı 20-22 gün əvvəl əmioğlu vasitəsilə Adamovdan almışdım. Məni bu cür başqa heç kim hədələməmişdir. Amma bu gün də deyə bilmərəm ki, məni fiziki cəzalandırmaq, məhv etmək istəyən sifarişçi qəti olaraq kimdir.
Bunu istintaq araşdırmasında müzdlüları sorğu-suala çəkməklə,məntiqlə sübuta yetirilə bilər. Və onu da qəti olaraq bildirirəm ki, bu günə qədər mənim heç kimlə bir düşmənçiliyim olmayıb və başqa heç kimdən də şübhələnmirəm. Təkcə məni hədləyən Adamovdan başqa. Mən adi bir avtomobil elektrikiyəm. kasıbçılıqla dolanıram. Şəhid ailəsi olsam da son 25 ildə dövlət tərəfindən ailəmizə hər hansı yardım və ya köməklik olmayıb.( Nə bir ev, torpaq, pul yardımı, avtomobil, və s.) Nə də biz qurumuza sığışdırıb heçnə ummamışıq.Elə buna görə də Azərbaycanda yeganə şəhid ailəsiyik ki, təmənnamız olmayıb. Onu da bildirim ki, rəhmətlik atam Məmmədəli kişi ulu öndər Heydər Əliyevin bacanağı olmuş Fərrux dayı ilə əmiuşaqları olublar. Onu da bir daha diqqətə çatdırmaq istəyirəm ki, Şəki DYP işçisi Adamovun mənə hədə-qorxu gəlməsindən sonra, oktyabrın 25-də cənab daxili işlər nazirindən xahiş etmişdim ki, mənim və ailəmin təhlükəsizliyini təmin olunmasına göstəriş versin.
Bu da nəticəsi.
Cənab Prezident! Şəki prokurorluğunun 24 oktyabr 2019-cu il tarixli qərarından məlum oldu ki, mülkü formada DYP adı altında quldurluqla məşğul olanlar müəyyənləşsə də, sonda cəzasız qaldılar.Ona görə də Sizdən xahiş edirəm ki, Şəki Prokurorluğunun 24 oktyabr tarixli əsassız qərarının ləğv edilməsini və bu məsələnin Qax rayon Prokurorluğunda vicdanlı və peşəkar müstəntiqlər tərəfindən araşdırılmasına və mənim qəddarcasına döyülməyimə sifariş verən cinayətkarın tezliklə tapılaraq cəzalandırılmasına
göstəriş verəsiniz. Sağ olun". Şikayət mətnində adıkeçən hər kəsin söz haqqına sayğımız var.
Demokratik.Az
