Xəbər lenti
Bütün xəbərlər

Daxili İşlər Nazirliyindən daha bir səyyar xidmət

  • 27 fev 2015, 19:44

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Xəzər RPİ-nin və Cəlilabad RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş belə tədbir zamanı 31 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.

Bununla yanaşı, Cəlilabad şəhərinin 4 və 7 saylı məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin də sənədləri qəbul edilib.

Həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 40 rayon sakininə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə təşkil olunan belə tədbirlər davam etdirilir.


Demokratik.Az

Oxşar xəbərlər