Xəbər lenti
Bütün xəbərlər

ADAU-dan Səttar Möhbalıyevə ŞİKAYƏT! "Universitetimizə yoxlama göndərin"

  • 23 noy 2019, 16:22

Azərbaycan Dövlət Aqrar Universitetində magistratura təhsili alan tələbə Yahyayev Ramil Veyis oğlu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevə şikayət məktubu ünvanlayıb. Universitetdəki naxoş mühiti və HİK sədri Vüsal Orucovun fəaliyyətini qınaq atəşinə tutan Yəhyayev təhsil müəssisəsinə xüsusi yoxlama göndərilməsini istəyir.

"Demokratik.Az"-ın məlumatına görə, məktubda yazılır:

"Mən Yahyayev Ramil Veyis oğlu erməni təcavüzü nəticəsində Ağdam rayonundan məcburi köçkün düşərək Bakıda məskunlaşan ailədə doğulmuşam. Özüm anadangəlmə 3 – cü dərəcəli əliləm. Azərbaycan Dövlət Aqrar Universitetinin ( ADAU ) II kurs magistr təhsili alıram. Ailəmin gəlirləri və maddi imkanları aşağıdır. Valideyinlərimin heç biri işləmir. Atam Yahyayev Veyis Xosrov oğlu kordioloji xəsdəlikdən əziyyət çəkir. Mən isə öz tələbəçilik məsrəflərimi ödəmək üçün cari ilin yanvarından ADAU-nun 1 saylı tələbə yataqxanasında 0,5 iştat vahidində nəzarətçi kimi işləyir və paralel olaraq təhsil alıram. Əliliyimlə birlikdə 136 manat əməkhaqqı ilə birtəhər keçinirəm. Universitetdə işlədiyim və oxuduğum dövrdə rektor İbrahim Cəfərovun nə qədər təkəbbürlü və eqoist olduğunu anlamışam. İki gün öncə baş verənlər bunu bir daha sübut edir. Rektor İbrahim Cəfərovun Universitet Həmkarlar İttifaqı Komitəsinin Sədri Vüsal Orucova və 1 saylı tələbə yataqxanasının qoca və əmək yaşı keçmiş komendantı İsmayılov Fizuliyə tapşırıqlar verərək heç bir əsassız dəlilsiz və şər-böhtan xarakterli təqdimat və saxta şikayət ərzələri ilə məni ittiham edərək işdən azad edilməyimi istəyir. Universitet Həmkarlar İttifaqı Komitəsinin Sədri Orucov Vüsal işci olaraq mənim hüquqlarımı müdafiə etmək yerinə, rektor İbrahim Cəfərovun qanunazidd tapşırıqlarını yerinə yetirir.

Onu da qeyd edim ki, aylıq büdcəsi azı 15 min manat olan HT sədri ADAU-da toplanan pulları qeyri-qanuni xərcləmələrlə rektorla birgə talayır.

Bunları yazmaqla sizdən artıq dərəcədə xahiş edirəm ki, ADAU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Vüsal Orucovun qeyri-şəffaf və qanunazidd davranışlarını müəyyənləşdirib cəzalandırılması üçün universitetimizə xüsusi yoxlama göndərəsiniz. Mənim qanunsuz olaraq işdən qovulmağıma edilən cəhdlərin qarşısını alasınız".

*******

Xatırladaq ki, son günlər rektor İbrahim Cəfərov ADAU-da çalışan və jurnalist Osman Nərimanoğlu ilə dostluq münasibətində olan bir neçə şəxsə qarşı da analoji hərəkətlər edir, prezidentin ona etimad etdiyi rektorluq səlahiyyətlərini kollektivə qarşı basqı mexanizmi kimi istifadə edir. Magistratura tələbəsi Ramil Yəhyayevə qarşı "işdən qovulma təhlükəsi" əslində rektorun barəsində ictimailəşdirilən tənqidlərimizə dözümsüzlüyü, informasiya ötürücülüyündə özünün şübhəli bildiyi şəxsləri cəzalandırmaq istəklərinə dayanır. 

İnanırıq ki, ADAU-da kollektivə qarşı rektorun tətbiq etdiyi süni basqı mexanizmləri aradan qaldırılar, AHİK sədrinə şikayət dərindən araşdırılar.  

Demokratik.Az

 

Oxşar xəbərlər