Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək

  • 18 noy 2019, 22:46

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı ifadə verəcək.

Bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan bildirib.

Sarkisyanın aprel döyüşlərinin səbəb və nəticələrini araşdıran komissiya qarşısına çıxacağı gözlənilir.
"Öncə bütün veriləcək sualların siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra həmin sualları Sarkisyana təqdim edəcəyik”.

Ermənistanda aprel döyüşləri ilə bağlı komissiya bu ilin iyununda yaranıb. /modern.az/

Oxşar xəbərlər