Xəbər lenti
Bütün xəbərlər

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB

  • 30 okt 2019, 22:15

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.

BŞİH-də müraciətə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Xatırladaq ki, Milli Şura BŞİH-ə müraciətində noyabrın 2-də mitinq keçirilməsi üçün Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunu (keçmiş "Məhsul" stadionu) və ya Nəsimi rayonu, metronun "28 may” stansiyasının yaxınlığını istəmişdi.

Oxşar xəbərlər