ONLAR DA GETMƏLİDİR! Yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurlarımızın SİYAHISI

  • 23 okt 2019, 21:00
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə aparılan islahatlar çərçivəsində dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. Belə ki, dünən ölkə başçısı yaşı 70-dən yuxarı olan baş nazir müavinləri - Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad etdi. Hansı ki, hər iki məmur yaşlı olmaları ilə əlaqədar baş nazirinin müavini vəzifələrindən azad edilməsi barədə Prezidentə istefa ərizəsi ilə müracitə etmişdilər.
H.Abutalıbovla görüşdə Prezident dedi: "Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər".
Bu gün hökumətdə və digər dövlət qurumlarında 70 yaşdan yuxarı xeyli sayda məmur çalışır. Oxu.az saytı həmin məmurların siyahısını təqdim edib.
Sayt yazır ki, ilk sırada 81 yaşı tamam olan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Daha sonra siyahıda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanovanın adı çəkilir.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun 78, Baş nazirin birinci müavini Yaqub Eyyubovun 73 yaşı var.
Azərbaycan Respublikası Dövlət Meliorasiya Komitəsinin rəhbəri Əhməd Əhmədzadənin 72 yaşı, Azərbaycan Təhlükəsizlik Şurasının rəhbəri Ramil Usubovun isə 71 yaşı var.
Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevin 82 yaşı, Azərbaycan Milli Elmlər Akademiyasının sədri Akif Əlizadənin 85 yaşı var.
Milli Məclisdə də 70 yaşdan yuxarı şəxslər təmsil olunur. Bunlardan vitse-spiker Valeh Ələskərov (73 yaş), deputatlar Evda Abramov (71 yaş), Ziyad Səmədzadə (79 yaş), Eldar İbragimov (74 yaş), Əhliman Əmiraslanov ( 72 yaş), Arif Ragimzadə (78 yaş), İsa Həbibbəyli (70 yaş), Zeynəb Xanlarova (83 yaş), Hadi Rəcəblinin (72 yaş) adalarını qeyd edə bilərik.
Rasim Babayev,
Oxu.az
Oxşar xəbərlər