QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması ilə bağlı son günlər ölkə rəhbərliyinə ardıcıl müraciətlər edilir. Jurnalistin vəkili Nemət Kərimli ötən gün özünün facebook hesabında müdafiə etdiyi şəxsin sağlıq durumunun ağır olduğu haqda status paylaşmışdı. Bundan sonra bir neçə tanınmış jurnalist, o cümlədən Milli Məclis üzvləri ölkə başçısına Ə.Muxtarlının azadlığı üçün müraciət etdilər.
Oktyabrın 16-da isə Azərbaycanın tanınmış QHT nümayəndələri (37 nəfər) prezident İlham Əliyevə müraciət edərək Əfqan Muxtarlının həbsdən buraxılmasını xahiş ediblər.
Demokratik.Az həmin müraciəti təqdim edir:
"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Aİ Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Milli Platforma üzvləri tərəfindən
Müraciət
Cənab prezident.
Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Ə.Muxtarlının sağlamlığına çox ciddi risklər var. Xüsusi ilə də o, şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir.
Jurnalist Ə.Muxtarlının sağlamlığındakı bu ciddi riskləri nəzərə alaraq, onun müvafiq tibb müəssisələrində müalicə olunması üçün ən qısa zamanda azadlığa buraxılmasını xahiş edirik.
Hörmətlə,
İmzalar:
1 |
Anar Məmmədli |
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi |
2 |
Aynurə Abdullayeva |
"Yaşıl İşıq" Hərəkatı |
3 |
Bəşir Süleymanlı |
Vətəndaş Hüquqları İnstitutu |
4 |
Bəxtiyar Hacıyev |
İctimai Siyasət İnstitutu |
5 |
Davud Məmmədov |
İctimai fəal |
6 |
Dilarə Əfəndiyeva |
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiəsi Cəmiyyəti |
7 |
Elçin Abdullayev |
Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai |
8 |
Elçin Sultanov |
Azərbaycan Ornitoloji Cəmiyyəti |
9 |
Eldar Zeynalov |
Azərbaycan İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi |
10 |
Əliməmməd Nuriyev |
"Konstitutsiya” Araşdırılması Fondu |
11 |
Əvəz Həsənov |
Humanitar Tədqiqatlar İctimai Birliyi |
12 |
Əvəz Zeynallı |
Jurnalist |
13 |
Günel Səfərova |
Vətəndaş Araşdırma və İnkişaf İB |
14 |
Himayət Rizvanqızı |
"Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi |
15 |
İlqar Hüseynli |
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar |
16 |
İlqar İbrahimoğlu |
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi |
17 |
Kamran Mahmudov |
Jurnalist |
18 |
Leyla Əliyeva |
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi |
19 |
Mehman Hüseynov |
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu |
20 |
Mirvari Qəhrəmanlı |
Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi |
21 |
Natiq Cəfərli |
Cümhuriyyət Araşdırmalar Mərkəzi |
22 |
Qalib Toğrul |
İqtisadi Tədqiqatlar Mərkəzi |
23 |
Rafiq Təmrazov |
Bərabər İmkanlar Mərkəzi |
24 |
Rəsul Cəfərov |
İnsan Haqlari Klubu |
25 |
Rövşən Novruzov |
Gəncə Uşaq Fondu |
26 |
Ruhəngiz Hüseynova |
Qadınlar Arasında Həmrəylik |
27 |
Sabit Bağırov |
Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına |
28 |
Samir Əliyev |
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi |
29 |
Şəhla İsmayıl |
Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti |
30 |
Sevil Allahverdiyeva |
Qadın Problemlərinin Tədqiqatları Mərkəzi |
31 |
Sevil Yüzbaşeva |
Eko- Aləm İctimai Birliyi |
32 |
Tatyana Kryuçkina |
Jurnalist |
33 |
Vüsalə Hüseynli |
Demokratik İslahatçı Gənclər İctimai Birliyi |
34 |
Xalid Ağalıyev |
Media Hüququ İnstitutu |
35 |
Xalid Vahidoğlu |
Regional İnsan Hüquqları və Media Mərkəzi |
36 |
Zaur Əkbər |
Gənclər Klubu İB |
37 |
Ziya Quliyev |
Hüquqi Təşəbbüslər Mərkəzi İB |
