Vahid Əhmədovdan yeni baş nazirə XAHİŞ

  • 08 okt 2019, 12:50

Milli Məclisdə yeni baş nazirin təsdiqlənməsi ilə bağlı müzaiələrdə çıxış edən deputat Vahid Əhmədov Əli Əsədovu illərdir tanıdığını söylədi. Bildirdi ki, o, rəhmətlik Heydər Əliyevin və prezident İlham Əliyevin köməkçisi olaraq uğurlu fəaliyyət göstərib. Ə.Əsədov seçimini yüksək qiymətləndirən deputat ardınca namizədə tövsiyyə xarakterli bəzi fikirlərini ünvanladı: "Əli müəllim mən xahiş edirəm ki, siz baş nazir kimi millət vəkillərinin təkliflərinə diqqətlə yanaşasınız. Millət vəkillərinin müraciətlərinə vaxtında reaksiya verməyinizi sizdən və digər hökumət üzvlərindən xahiş edirəm”.

V.Əhmədov dedi ki, çox uzun müddət keçməsinə baxmayaraq, biz qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail ola bilməmişik. Ona görə də millət vəkili olaraq xahiş edirəm ki, vəzifənizin icrasına başlayandan sonra kənd təsərrüfatı, turizm və sənayenin inkişafına ciddi diqqət göstərəsiniz. Digər tərəfdən, hökumətin hesabatı zamanı 350-400 səhifəlik kitab gətirirlər, açığı çox deputat o kitabı axıradək oxumur. 100 səhifəlik ümumi məlumatlar yetərlidir. V.Əhmədov yekunda Ə.Əsədovu təbrik etdi.

Daha sonra deputatlar Hikmət Məmmədov və Fəzail Ağamalı da ürək sözlərini söylədilər.

Oxşar xəbərlər