Şəmkir Prokurorluğu bələdiyyə sədri ilə sakinin "namus davası"nı araşdırır

  • 08 okt 2019, 00:27
Demokratik.Az: "Şəmkir rayonunun Yuxarı Seyfəli bələdiyyəsinin sədr əvəzi Ceyhun Daşdəmirovla kənd sakini arasında alovlanan "namus davası" artıq hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Yayılan xoşagəlməz xəbərlərin yerli sakinlər arasında ictimai müzakirəsi isə böyüyür".


Oktyabrın 2-də "Space TV"-nin efirində Amil Xəlilin aparıcısı olduğu "Gəl Dərdini Danış" verilişində Seyfəli kənd sakini İsgəndər Məmmədov bələdiyyə sədrini onun keçmiş həyat yoldaşı ilə qeyr-rəsmi münasibətdə olmaqda, namusuna sataşmaqda ittiham edib. Rusiyada olduğu zaman Ceyhun Daşdəmirovun mütamadi evlərinə gələrək keçmiş həyat yoldaşı ilə sevgili münasibətlərində olmasını, bələdiyyə sədrinin əməli ucbatından aşkar xəyanətə uğradığını iddia edib.

Demokratik.Az-ın məlumatına görə, bələdiyyə sədri əvəzi Ceyhun Bayaramov isə ittihamları qəti şəkildə rədd edərək baş verənləri özünə qarşı sifariş adlandırıb. O, ötən gün barəsində danışan şəxsləri Şəmkir prokurorluğuna da şikayət edib. Linç edilməsi üçün başına 10 min dollar pul qoyulmasını dilə gətirib.

Hazırda həm prokurorluq, eləcə də aidiyyatı qurumlar tərəfindən bələdiyyənin fəaliyyəti və qarşılıqlı bir neçə ittihamların araşdırılması prosesi gedir.

Bələdiyyə sədri öz növbəsində bugün yayımladığı qısa videoçıxışında iddia edib ki, onu ləkələmək, yaxud da fiziki cəhətdən məhv etmək istəyənlər var, onun əxlaqına qarşı böhtan atanların arxasında isə hansısa iri məmur dayanır.

"Demokratik.Az" mövzu ətrafında daha geniş məlumatlar paylaşmağa, olayı dərindən araşdırmağa çalışacaq.

"Gəl Dərdini Danış" verilişinin və bələdiyyə sədrinin deyilənləri "təkzib" cəhdinin videosüjetlərini təqdim edirik:

 


Oxşar xəbərlər