Ucarda direktor müavini şagirdi və atasını təhqir edib - ŞİKAYƏT

  • 24 sen 2019, 10:26

Ucar rayonu Alpout kənd sakini Əliyev Səfər Ələmdar oğlu "Demokratik.Az"-ın elektron poçt ünvanına şikayət mətni ünvanlayıb. 

Şikayətçi ata Ucar rayon Alpot kənd 1 №-li tam orta məktəbin zavuçu, direktor müavini Zaman Xəlilovanın əməlindən yazır. Bildirir ki, 10 yaşlı Yusifcan Əliyev həmin məktəbin şagirdidir və Zaman Xəlilovanın ucbatından ölüm həddindədir. Narahat olan ata övladını evdə nəzarət altında saxladığını bildirir

Səfər Əliyevin iddiasına görə, 17 sentyabr 2019-cu il tarixdə məktəbə gedib və tənəffüsdə oğlu Yusifcanla söhbət edən zaman məktəbin zavuçu Zaman Xəlilova onlara yaxınlaşaraq deyib ki, "söhbət etməyin, axı sən bu uşağın atası deyilsən!.." Direktor müavininin bu sözlərindən şok keçirən ata eşitdiklərinin səbəbini soruşduqda Zaman Xəlilova dediklərini dəfələrlə uşağa və valideyinə təkrarlayaraq onları təhqir edib.

Şikayətçi yazır ki, Zavuç Zaman Xəlilovanın tərbiyəsiz hərəkəti barədə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramova da şikayət ərizəsi ilə müraciət edib. Hadisəni sosial şəbəkədə belə paylaşıb. Nəticədə sentyabrın 19-da Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrafilovun iştirakı ilə Alpot kənd 1 №-li tam orta məktəbində yoxlama-iclas keçirilib.

Müəllim kollektivinin qatıldığı həmin iclasa şikayətçi və şagirdin özü nədənsə çağırılmayıb və əvvəlcədən hazırlanmış senari əsasında iki müəllim Gültəkin Əhmədova və Ülviyyə Əliyeva şikayətçinin əlehinə çıxışlar edib Zaman Xəlilovanı xeyli tərifləyiblər. Hansı ki, Zaman Xəlilovanı tərifləyən psixoloq - müəllim Gültəkin Əhmədova aylarla işə gəlmir. Özü iri və xırda buynuzlu heyvan təsərrüfatı ilə məşğul olur. Şikayətçi iddia edir ki, digər Ülviyyə Əliyeva isə məktəbdə dərs keçmək əvəzinə paltar, ayaqqabı və sair geyim malları alveri ilə məşğul olur. Onların bu qanuna zidd əmələrinə şərait yaradıldığı üçün hər iki müəllimənin yalandan ata və oğulun əlehinə çıxışlar ediblər. Halbuki hər iki müəllim hadisənin şahidi olmayıblar.
Şikayətçi öz şikayətinə başqa detallar da əlavə edib və yazıb: " Qeyd edim ki, mən Alpot kənd 1 №-li tam orta məktəbin bufetində işləmək üçün həmin məktəbin direktoru Əfqan Məmmədova 1800 manat pul vermişdim. Bir müddət işlədikdən sonra direktor başqa şəxsi mənim yerimə işə götürdüyü üçün şikayət edib məndən aldığı 1800 manat rüşvəti geri qaytarmağı tələb etdiyim üçün onların qəzəbinə tuş gəlmişəm.Hələdə məndən aldığı 1800 manat rüşvəti direktor geri qaytarmayıb. Direktor Əfqan Məmmədov orta məktəbdə yaratdığı qruplaşmanın əli ilə məni və oğlumu açıq-aşkar təhqqir etmişdi. Əgər Zaman Xəlilova məni oğlumun yanında təhqqir etmişdisə həmin iclasa mən və oğlum dəvət edilib dinlənilməli idik. Ancaq bunu qəsdən məqsədli şəkildə etmədilər yalanlarla böhtanlarla iclas keçirib Zaman Xəlilovanın tərbiyəsiz hərəkətinə haqq qazandırıblar.
Direktor Əfqan Məmmədov və onun müavini Zaman Xəlilovanın yartdığı özbaşınalığın nəticəsidnə Alpot kənd 1 №-li tam orta məktəbdə şagir və müəllimlərin davamiyyəti pozulub.Heç bir əsas olmadan müəllim və şagirdlərin əksəriyyəti dərs buraxırlar, dərsə tez-tez gəlmirlər.Demək olar ki, 10 və 11 ci sinif şagirdləri dərsə az sayda gəlirlər. Məktəbdə nəzarət, nizam-intizam yoxdur.
Mənim 10 yaşlı oğlum Yusifcan məktəbin zavuçu Zaman Xəlilovanın tərbiyəsiz hərəkəti nəticəsində şokdadır sarsıntı keçirib uşaq hər vaxt intihar edə bilər.Biz valideyin kimi bundan çox-çox narahatıq.
Elena hadisəsi Alpot kənd 1 №-li tam orta məktəbində təkrarlana bilər".

Sonda şikayətçi aidiyyatı qurumlardan Ucar rayonu Alpot kənd 1 №-li tam orta məktəbində obyektiv yoxlama aparılmasını və azyaşlı şagird olan oğlunu və özünü açıq-aşkar təhqir edən direktor müavini Zaman Xəlilovanın barəsində ciddi tədbirlər görülməsini istəyir. Belə birinin müəllim işləməsinin yolverilməzliyini ifadə edir.

Demokratik.Az yazıda adıkeçən şəxslərin də söz haqqını tanıdığımızı, mövqeyini dərcə hazır olduğumuzu bəyan edirik.

 

Demokratik.Az 



 


Oxşar xəbərlər