"Azərişıq"dan işıq xəbəri

  • 22 fev 2015, 15:54

 

"Elektrik enerjisinin verilməsilə bağlı yaranan problem yavaş-yavaş aradan qaldırılır. Hal-hazırda, demək olar ki, bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunub. Yalnız Əhmədli və Günəşlidə işlər gedir. Bir saat ərzində həmin ərazilərdə də elektrik enerjisinin verilməsi təmin ediləcək".

Bunu ANS PRESS-ə açıqlamasında "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, şəhərdə elektrik enerjisinin verilməsində çətinliklərin yaranmasına səbəb kəskin hava şəraiti olub. Bəzi yerlərdə güclü külək elektrik enerjisi dirəklərini əyib. Bəzi yerlərdə isə səbəb həddən artıq yüklənmə olub.

Qeyd edək ki, dünən gecə saatlarından etibarən Bakının bir çox yerlərində, həmçinin Sabunçu, Mehdiabad, Məhəmmədi, Balaxanı, Günəşli, Masazır, Saray, Digah qəsəbələrində, Xətai rayonu ərazisində elektrik enerjisi verilməsi kəsilib. Bundan başqa, Goranboy, Şirvan, Lerik rayonlarında da dünəndən elektrik enerjisi yoxdur.

 

Demokratik.Az

Oxşar xəbərlər