FHN Nizami küçəsindəki yanğınla bağlı son məlumat yaydı

  • 04 sen 2019, 10:03

Fövqəladə Hallar Nazirliyi (FHN) Nizami küçəsində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Trend-ə verilən məlumata görə, üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.

Yanğın zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Oxşar xəbərlər