Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər - Bakıda məhkəmə başladı

  • 22 avq 2019, 10:21

"Demokratik.Az" saytının rəhbəri Osman Nərimanoğluna qarşı təhqir və böhtanlar yağdıran müxbir Məhəmmədəli Qəribliyə "cinayət işi" açıla bilər. Bu barədə jurnalist Osman Nərimanoğlu məlumat verib.

Jurnalist bildirib ki, bir ildən artıqdır ki, özünü daha çox "Bakı-Xəbər" qəzetinin müxbiri kimi cəmiyyətə sırıyan Qəribli soyadlı birinin böhtan və təhqirlərindən təngə gəlib. Müxbir heç bir dəyər tanımadan və istəyi bəlli olmadan onu təhqir edir, Osman Nərimanoğlunu ağır və xüsusilə ağır cinayətlərdə belə ittiham edir.

Bakı şəhər Nizami rayon Məhkəməsinə "Xüsusi ittiham" qaydasında şikayət verən jurnalist hesab edir ki, Qəribliyə AR CM-nin 147 və 148-ci maddələri ilə cinayət işinin açılmasına kifayət qədər ciddi əsaslar var. Osman Nərimanoğlu bildirib ki, şikayət artıq Məhkəmənin hazırlıq prosesinə qədəm qoyub.

İlk hazırlıq (baxış) prosesi bugün saat 14:30-da baş tutacaq.

"Cinayət işi" üzrə məhkəmə işi hakim Mətanət Hacıyevanın icraatındadır. 

 

Demokratik.Az

Oxşar xəbərlər